Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artım perspektivləri müzakirə olunub
Yusif Nəzərli
13:05 29.09.2023
İqtisadiyyat
834
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
“APA-Economics” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Gürcüstanla iqtisadi əlaqələrin müsbət dinamikasını qeyd edib, qarşılıqlı faydalı imkanların dəyərləndirilməsi və reallaşdırılması üçün ticarət, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə potensialı diqqətə çatdırıb.
Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bunun nəticəsidir ki, dövlətlərimiz bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdəndir. Görüşdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb, bu xüsusda, Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub.
Levan Davitaşvili hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin regional inkişafa xidmət etdiyini vurğulayaraq, tərəfdaşlıq çərçivəsinin genişləndirilməsi üçün potensialı qeyd edib.
Tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edən qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya