Azərbaycana turist axını...
Yusif Nəzərli
14:52 25.10.2022
İqtisadiyyat
495
“Bu il də ölkəyə gələn turistlərin sayı onu göstərir ki, bərpa prosesi sürətlə davam edir”
“Bunun səmərəsi isə gələn xarici vətəndaşların pul xərcləyərək, ölkəmizə xarici valyuta axınını təmin etməsidir”
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 162 min 700 nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 26,6faizi Rusiya, 19,6faizi Türkiyə, 11faizi İran, 7,4faizi Səudiyyə Ərəbistanı, 4,8faizi Gürcüstan, 3,2faizi Pakistan, 3,1faizi Hindistan, 2,3faizi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9faizi Qazaxıstan, 1,8faizi Ukrayna, 1,7faizi İsrail, 1,6faizi Küveyt, 1,5faizi Özbəkistan, 1,4faizi Oman, 1,1faizi Böyük Britaniya, 11faizi digər ölkələrin vətəndaşları olub, 74,4faizini kişilər, 25,6faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, BƏƏ-dən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5% artıb.
Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283 600 nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55 800 nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395 300 nəfər olub.
Məsələni “Sherg.az”a dəyərləndirən iqtisadçı Pərviz Heydərov vurğulayıb ki, turizm həm manatın, həm də valyuta bazarının sabitliyinin qorunub saxlanılmasında mühüm vasitədir:
“Neftin qiymətinin aşağı düşməsi ilə 2015 -ci ildə devalvasiya oldu. Bu hadisədən sonra dollar da bahalaşdı. Həmin böhranın ardından, 2016-cı ildə Azərbaycan hökuməti qeyri-neft sektorunun üzərinə ciddi şəkildə düşdü. Qeyri-neft sektorunun əsas qollarından biri olan turizmin inkişafı da zəruri məqsəd kimi qarşıya qoyuldu. Bundan sonra 2017, 2018, 2019-cu illərdə ardıcıl olaraq ölkəyə gələn turistlərin sayında ciddi artım müşahidə olundu.
Həmin turistlərin ölkəyə axını nəticəsində, dövlətimizə külli miqdarda valyuta gəldi. Düzdür, bu həlledici olmasa da, müəyyən dəstək baxımından ölkədəki valyuta bazarında sabitliyin təmin olunmasında xeyli rol oynadı.
Lakin təəssüf ki, 2020-ci ildəki pandemiyaya görə əldə olunan uğurlar itirildi. Yəni ölkəyə turist axını birdən-birə aşağı düşdü. Ümumiyyətlə, pandemiya dünyada ən ağır zərbəni turizmə vurdu. Keçən ildən başlayaraq isə ölkəyə turist axını yenidən bərpa edildi.
Bu il də ölkəyə gələn turistlərin sayı onu göstərir ki, bərpa prosesi sürətlə davam edir. Bunun səmərəsi isə gələn xarici vətəndaşların pul xərcləyərək, ölkəmizə xarici valyuta axınını təmin etməsidir.
Biz bu vəziyyətdən daha yaxşı istifadə etməliyik ki, gələcəkdə bu valyuta axını kəsilməsin, əksinə daha da artsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya