Azərbaycanda doğum halları niyə azalıb ? – ƏTRAFLI İZAH
Fidan Həmişəyeva
15:25 14.04.2020
İqtisadiyyat
888
“Doğumların azalması birmənalı olaraq iqtisadi göstəricilərlə bağlıdır”
“İnkişaf etmiş ölkələrdə əhalinin artımını stimullaşdırmaq üçün ailələrə uşaq pulu verilir”
Ölkəmizdə doğum halları 2 dəfə azalıb. Bu ilin mart ayında 6321 doğum dövlət qeydiyyatına alınıb.
2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11687, fevral ayında 11373 doğum dövlət qeydiyyatına alınıb.
Tarixən Azərbaycanda çoxuşaqlılıq prinsipi önəmli rol oynasa da, son illər bu amil yavaş-yavaş sıradan çıxmağa başlayıb. Demoqrafların əksəriyyəti bunu iqtisadi amillərlə əlaqələndirirlər.
İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, doğum statistikasına iki prizmadan yanaşmaq lazımdır. İqtisadçının sözlərinə görə, elə ölkələr var ki, çoxuşaqlılıq prinsipindən kənarda qalıb:
“Amma bəzi ölkələrdə çoxuşaqlılıq əsas mentalitetlərdən biri sayılır. İqtisadi baxımdan bir çox inkişaf etmiş ölkədə, həmçinin Skandinaviya ölkələrində əhalinin artımı ləng getməsin deyə ölkə stimullaşdırıcı tədbirlər görür. Uşaq pulu anlayışı belə ölkələrdən çıxıb. Ölkəmizdəki ekspertlər bu barədə fikrini izah edəndə əhali çox aqressiv yanaşır. İnkişaf etmiş ölkələrdə əhalinin artımını stimullaşdırmaq üçün ailələrə uşaq pulu verilir.
Müəyyən maliyyə ayırırlar ki, ailədə uşaq dünyaya gəlsin və demoqrafik olaraq əhalinin sayında azalma baş verməsin. Ölkəmizdə də bu tələb olunurdu. Hətta bir neçə dəfə fikir bildirdik ki, əhalinin maaşları, müavinətləri və təqaüdləri elə səviyyədə olsun ki, vətəndaş olaraq abırımıza qısılıb uşaq pulu adını çəkməyək. Gərək vətəndaşın kifayət qədər gəliri olsun ki, özünü təmin edə bilsin.
Bu nöqteyi nəzərdən “uşaq pulu” anlayışı iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrində mövcud idi. Bu gün Azərbaycan çoxuşaqlılıq prinsipinə daha çox önəm verən ölkələrdən biridir. Tarixən Azərbaycan ailələrində orta hesabla 2-3 uşaq təbii hal olub. Ölkəmizdə bir uşaq və yaxud uşağın olmaması dəbdə olmayan məsələdir. Yəni ailə varsa, sağlamdırsa və dağılmırsa orada 2-3 uşağın olması normal haldır.
Amma son dövrlərdə müəyyən iqtisadi durumlar uşaqların sayına təsir etdi. Doğumların azalması birmənalı olaraq iqtisadi göstəricilərlə bağlıdır. Məşğulluğun azalması, sığorta paketlərinin olmaması, gənc ailələrin evlə təmin olunmasında müəyyən baryerlərin olması makroiqtisadi cəhətdən ailələrdə doğumun azalması üçün əsas səbəblərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya