
Azərbaycanda kütləvi şəkildə bitkoinlərlə məşğul olanlar yoxdur
Yusif Nəzərli
00:34 13.10.2021
İqtisadiyyat
433
Amma fərdi qaydada bəzi sahibkarlar bitkoinə və digər kriptovalyutalara yatırımlar edirlər
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 57 min dolları ötüb. Bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir. Son saatlarda kriptovalyuta 57 207 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb. Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub.
Bəs, Azərbaycanda bu valyutaya tələbat varmı?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, kriptovalyuta və bitkoin həddindən artıq spekulyativ, xəbər axınlarına bağlı bir aktivdir. Ekspert qeyd edib ki, dünyada müəyyən proseslər yaşanarkən, bitkoinin də süni şəkildə bu xəbər axınlarına bağlı olaraq qiyməti yüksəlir və düşür:
"Bu dalğaları biz dəfələrlə yaşamışıq. Azərbaycanda kütləvi şəkildə bitkoinlərlə məşğul olanların olduğunu söyləmək mümkün deyil. Amma fərdi qaydada bəzi sahibkarlar bitkoinə və digər kriptovalyutalara yatırımlar edirlər. Hətta bəzi treyder şirkətləri var ki, onlar yatırım etmək istəyənlərə kömək edirlər. Ancaq bunun kütləvi bir hal aldığını söyləmək mümkün deyil. Çünki bəzi ölkələr var ki, milyonlarla insan kripto bazarında fəaliyyətdədir.
Türkiyədə son araşdırmalar göstərir ki, ən azından 3 milyona yaxın insan kripto bazarında fəaliyyət göstərir. Amma Azərbaycanda belə kütləvilik hələki yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm