Azərbaycanın vergi orqanları bu il 23 milyon manatdan çox ziyanı ödətdirib
Yusif Nəzərli
08:25 25.10.2022
İqtisadiyyat
516
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsini təmin edib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, yeni nəsil nəzarət-kassa aparatlarına aid çeklərin satışını həyata keçirərək yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdarda gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markaları ilə markalanmalı olan məhsulların (malları), belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə edilməsi istisna olmaqla, satış məqsədilə saxlanılması, idxalı, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəmi 435 cinayət işi başlanılıb.
İstintaqı tamamlanmış 132 cinayət işindən 62 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 11,9 milyon manat ödənilib.
9 ay ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 114 vergi ödəyicisində 197 nəzarət tədbiri həyata keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 271 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 1,9 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,2 milyon manat vəsait ödətdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya