"Azərsığorta" bütün sığorta satışlarını dayandırıb
Yusif Nəzərli
12:22 06.11.2023
İqtisadiyyat
391
"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.
"APA-Economics"in sığorta şirkətindən əldə etdiyi məlumata görə, hazırda dövlət sığorta şirkəti heç bir sığorta növü üzrə satış həyata keçirmir. Mövcud öhdəliklərin icrası davam edir. Satışların nə vaxt bərpa olunacağı isə məlum deyil. "Satışların dayandırılması sığorta şirkətinin bağlanması demək deyil, bu şirkətin daxili qərarıdır" - sığorta şirkətindən əlavə edilib.
Qeyd edək ki, noyabrın 1-dən "Azərsığorta"nın avtomobillərin icbari sığortası üzrə satışları dayandırdığı bildirilmişdi. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev isə "APA-Economics"in sualına cavab olaraq bildirmişdi ki, AMB tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı qərar verilməyib. Sığorta şirkətində biznesin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd qiymətləndirməni daha qısa müddətdə və daha obyektiv aparmaqdır. Qiymətləndirmə aparıldıqdan sonra şirkətin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək.
Xatırladaq ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bu isə faktiki olaraq müflislik deməkdir. İnvestisiya Holdiqinin nəzarətində olan dövlət sığorta şirkətinə ötən dövrdə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou