Bank adından istifadə edən dələduzlar meydanda "at oynadır"
Yusif Nəzərli
22:33 13.10.2021
İqtisadiyyat
425
Hadisələr onu göstərir ki, vətəndaşlarımızın bu sahədə maarifləndirmə işləri zəifdir
Son günlər Kapital Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edənlərdən dörd nəfər saxlanılıb. Bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:
“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik”.
Qeyd edək ki, bir müddətdir bankın adından sosial şəbəkə üzərindən +994 51 555 10 95 nömrəsi ilə vətəndaşlara mesaj yazaraq kart məlumatlarını əldə edən şəxslər onların hesablarındakı pulu ələ keçirirdilər.
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, bütün bu hadisələr onu göstərir ki, vətəndaşlarımızın bu sahədə maarifləndirmə işləri zəifdir. Ekspert vurğulayıb ki, insanlar birmənalı şəkildə anlamalıdırlar ki, banklar zəng edib və yaxud da mesaj yazaraq məlumat verə bilər, ancaq məlumat istəməz:
"Ölkəmizdə son günlər yaşanan olaylar onu deməyə əsas verir ki, insanların bu istiqamətdə maarifləndirmə səviyyəsi çox aşağıdır. Banklar, biz ekspertlər, elə media da bu sahədə vətəndaşlarımızı lazımi səviyyədə maarifləndirə bilmir. Çünki vətəndaşlarımız adi və sadə qaydaları bilmirlər.
İnsanlar birmənalı olaraq bilməlidirlər ki, bank heç vaxt telefonla, ya da digər vasitə ilə müraciət edib vətəndaşdan onun hesabına dair məlumatı istəməz.
Banka nə lazımdırsa, vətəndaşı ilk növbədə banka dəvət edər. Həmçinin, bank zəng eləyib məlumat verə bilər, ancaq məlumat istəməz. Hamı bunu birmənalı şəkildə bilməlidir.
Və gələcəkdə belə dələduzların toruna düşməmək üçün son dərəcə ehtiyatlı davranış nümayiş etdirməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial