Bu, bazarın böyüməsinə gətirib çıxarıb - RƏY
Yusif Nəzərli
14:12 25.10.2023
İqtisadiyyat
699
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 16 milyard 607 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankına xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76 % çoxdur.
9 aylıq göstəricinin 6 milyard 43,8 milyon manatlıq hissəsi ilkin bazarda (20 % çox), 10 milyard 563,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 9 662 əqd bağlanılıb. Bu, illik müqayisədə 46,5 % çoxdur. Əqdlərin 1 853-ü ilkin bazarın (58,1 % çox), 7 809-u isə təkrar bazarın (44% çox) payına düşüb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qiymətli kağızlar bazarında qeydə alınan dövriyyə artımı bütün mənbələrdə müşahidə edilsə də, əslində ən böyük artım Mərkəzi Bankın repo əməliyyatların payına düşür:
“Dövlətin qiymətli kağızlarının yerləşdirilməsi üzrə dövriyyədə 25 faiz, korporativ qiymətli kağızlarda 66 faiz artım olsa da, Mərkəzi bankın repo əməliyyatlarında 2,5 dəfə artım var. Bu da Mərkəzi Bankın ümumi repo əməliyyatlarının qiymətli kağızların cəmi dövriyyəsində payının 50 faizin üzərində olması deməkdir. Yəni qiymətli kağızlar bazarında olan 16 milyard 607 milyon manatlıq əməliyyatın daha çox (təqribən 8,6 milyardlıq) hissəsi Mərkəzi Bankın repo əməliyyatlarının payına düşür. Burada da təxminən 5,2 milyard manat həcmində artım qeydə alınıb. Bu da sözügedən bazarın bu istiqamətdə böyüməsinə gətirib çıxarıb”.
İqtisadçı ekspert Mərkəzi Bankın repo əməliyyatlarının həcminin artmasında əsas məsələ bankın bazarda həyata keçirdiyi utilizasiya əməliyyatlarının olduğunu vurğulayıb:
“Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın əməliyyatları iqtisadi konseptindən asılı olaraq gələcəkdə azaldıla da bilər. Qiymətli kağızlar bazarının böyüməsinə və inkişafına diqqət edərkən burada daha çox korporativ kağızlara diqqət yetirilməsində fayda var. Bu baxımdan təəssüf ki, hələ də korporativ qiymətli kağızların 16 milyard 607 milyon manatlıq dövriyyədə payı cəmi 1 milyarddır. Bu elə də böyük rəqəm deyil. Buna baxmayaraq bu istiqamətdə də əvvəlki illə müqayisədə 66 faizlik artımın olması müəyyən inkişaf gözləntilərinin yaranmasına şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət