“Bu, mahiyyətində insan faktoru dayanan siyasi xəttdir”
Yusif Nəzərli
06:32 12.08.2019
İqtisadiyyat
1111
“Azərbaycanda aparılan siyasət güclü dövlət, sosial rifah istiqamətində müəyyənləşdirilib. İnsanların sosial müdafiəsinə, sosial reabilitasiyasına, həm də sosial problemlərin qarşısının alınmasına xüsusi diqqətin yetirilməsi əsas vəzifələrdir”.
Bunu “Sherg.az”a Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib:
“Azərbaycanda sosial müdafiə sistemi yenilənib, çoxsaylı yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verdik. Bundan başqa, struktur yenilikləri, idarəetmədə yeniliklər oldu. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə gücləndi. Sual oluna bilər ki, bu gün yenə də bəzi insanlar təqaüdlərin, maaşın azlığından gileylənir. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insanların rifahı yaxşılaşdıqca, onlar daha da yaxşı yaşamaq istəyir. Buna tələbatla təminatda olan düz mütənasiblik deyirlər. İnsan təmin oluna-oluna onun tələbatı artır, daha yaxşı yaşamaq istəyir. Bu qanunauyğunluqdur və mən burada qeyri-adi məsələ görmürəm”.
Komitə sədri diqqətə çatdırıb ki, bu gün həqiqətən də, Prezident İlham Əliyevin apardığı dövlət quruculuğu siyasəti daha da modernləşməyə istiqamətlənib:
“Bu xətt çox incə, Avropaya inteqrasiya yönümlü və bütünlüklə siyasətin mahiyyətində insan faktoru yer alan siyasi xəttdir. Prezident İlham Əliyev tez-tez bölgələrə səfər edir və xeyli sayda obyektlərin açılışında iştirak edir. Yeni iş yerləri açılır, yollar yenidən qurulur, məktəb və xəstəxanalar tikilir, yeni parklar salınır. Bütün bunların əsasında əhalinin sosial müdafiəsi dayanır, insanlara layiqli xidmət nəzərdə tutulur. Bəzi insanlar sosial müdafiəni yalnız ciblərinə daxil olan pul ilə bağlayırlar. Amma bu, hər hansı problemin həlli deyil. Bölgələrdə içməli su xətlərinin çəkilməsi, elektrik stansiyalarının tikilməsi, qazlaşdırılmanın aparılması, nəqliyyat infrastrukturun yenilənməsi, kənd təsərrüfatı bazarlarının yaradılması və s. hamısı sosial müdafiədir.
Bölgələrin inkişafı da əhalinin sosial müdafiəsinin güclənməsində vacib rol oynayır. Bütün bunların hamısı Azərbaycanın gələcək rifahına xidmət edən addımlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya