“Daşınmaz əmlakın reyestrini açıq etməliyik”
Yusif Nəzərli
10:34 25.01.2022
İqtisadiyyat
596
Əkrəm Həsənov: "Bunun konkret müsbət tərəfləri var. Birincisi, açıq dövlət reyestri korrupsiyanın və məmur özbaşınalığının qarşısını alır"
"Korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır". Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlansa da, həmin maddənin məzmunundan belə çıxır ki, məlumat yalnız hüquq sahibinin özünə verilir:
"Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil ol və əldə et. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Ölkəsinə sahib olan xalq ilk növbədə onun ərazisinin – torpaq sahələrinin, binaların kimə məxsus olduğunu bilməlidir. Bunun konkret müsbət tərəfləri var. Birincisi, açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. İkincisi, açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək mümkünsüz olur".
Ə.Həsənova görə, açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır:
"Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz. Digər misal, binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb.
Tikən kimdir? İcazəsi varmı? İndi bunu bilmək mümkün deyil. Açıq reyestrdən isə dərhal öyrənə biləcəksiz. Bu cür misallar çoxdur. Bir sözlə, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır.
Çünki torpaq, miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir. Ölkəmizə sahib olaq!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət