
Dollara tələbat arta bilər, amma...
Yusif Nəzərli
14:15 30.10.2023
İqtisadiyyat
602
Mərkəzi Bankın həyata keçirdiyi siyasət onu deməyə əsas verir ki, yaxın zamanlarda dolların kursunda hər hansı dəyişiklik olmayacaq.
Bu sözləri iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə quru sərhədlər açıldıqdan sonra Azərbaycanda dolların bahalaşacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
Ekspert bildirib ki, Mərkəzi Bank manatı sabit saxlamağa çalışır:
“Mərkəzi Bank dolların kursunu sabit saxlamaq yönündəki siyasətindən imtina etməyəcəyini bəyan edib. Çünki Azərbaycanın idxalatının önəmli hissəsi dollarladır. Dolların Azərbaycan manatı qarşısında dəyər qazanması idxalı bahalaşdırar. Həm də bu, ölkədə istehsal olunan məhsulların maya dəyərinin artmasına gətirib çıxarar. Odur ki, AMB dolların kursunu sabit saxlamaqda maraqlıdır”.
O, yayılan şayiələrin heç bir iqtisadi və siyasi əsası olmadığını vurğulayıb:
“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var ki, AMB bu siyasətini uzun müddət davam etdirə bilsin.
Yəni Azərbaycanın dollar ehtiyatı problemi yoxdur. Mərkəzi Bankın valyuta rezervləri, təxminən, 10 milyard dollara yaxındır. Düzdür, onun bir hissəsi başqa valyutalardır. Amma böyük əksəriyyəti dollardır. Digər valyuta ehtiyatlarımız isə Neft Fondundadır. Neft Fondunun aktivləri bu ilin rəqəmlərinə görə, təxminən, 55 milyardı keçib. Birlikdə Azərbaycanın valyuta ehtiyatları 65 milyarda doğru gedir, pul bazası isə təxminən, 18 milyard manata yaxındır. Ona görə, dolların kursunun yüksəlməsinə nə iqdisadi, nə də siyasi əsas var”.
Quru sərhələrin açılmasının manatın məzənnəsinə təsirlərini “Sherg.az”aşərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda və yaxud dünyanın hər hansı bir yerində quru sərhədlərin bağlı olmasının yerli valyutanın məzənnəsinə təsiri çox nadir görülən bir şeydir:

“Doğrudur, məntiqlə dollara tələbat arta bilər. Amma bu o demək deyil ki, Azərbaycan manatına həmin vaxt təzyiq yaranacaq . Çünki Azərbaycanda məzənnə inzibati olaraq tənzimlənir. Mərkəzi Bank özü də məzənnənin inzibati tənzimlənən rejim olduğunu açıqlayıb. Məzənnənin dəyişməsi quru sərhədlərin açıq və ya bağlı olmasından asılı deyil. Bu Mərkəzi Bankın və hökumətin siyasətindən aslıdır. Əgər həmin siyasət indiki siyasətin davamı yönündə olacaqsa, məzənəni inzibati qaydada saxlayacaqlar. Məzənnə dəyişikliyin Azərbaycana daha çox fayda gətirəcəyi qənaətinə gələrlərsə, məzənnə dəyişikliyini həyata keçirəcəklər. Quru sərhədlərin məzənnəyə təsiri idarə oluna bilən bir prosesdir. Bir tək quru sərhədin açılmasına görə məzənnə dəyişə bilməz. Eyni zamanda uzun illər eyni məzənnə rejimini saxlamaq çox çətindir. Azərbaycanda daha əvvəl 2005 və 2015-ci illərdə bu oldu və sonrasında üç pilləli devalivasiya yaşandı. İndi də artıq 7-8 ildir ki, inzibati sabit məzənnə rejimi davam edir. Yəqin ki, bir müddət sonra buna yenidən baxmağa zərurət yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq