Dövlət Vergi Xidmətində sahibkarlarla 74 görüş keçirilib
Dövlət Vergi Xidmətində sahibkarlarla 74 görüş keçirilib
Yusif Nəzərli
08:40 18.10.2023
İqtisadiyyat
661
Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsi tərəfindən 2021-2023-cü illər ərzində sahibkarlarla 74 görüş təşkil olunub, aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların keçirdiyi 96 görüşdə iştirak təmin edilib.
"Report" bu barıdı DVX-ya istinadən xəbər verir.
Məlumata görə, aidiyyəti funksional strukturların nümayəndələrinin iştirakı ilə sahibkarlarla keçirilmiş görüşlərin 40-ı bir neçə sahəni əhatə edən ümumi xarakterli, 48 görüş maliyyə, səhiyyə, təhsil, turizm, informasiya texnologiyaları, nəqliyyat və s. kimi fəaliyyət sahələrini əhatə edən xidmət sektoru, 30-u qida və içki məhsullarının, 15-i tekstil, tikinti materialları, qablaşdırma, mebel və s. kimi istehsal sahələri, 7-si ticarət, 5-i isə tikinti fəaliyyəti sahəsi üzrə olub.
Bildirilir ki, görüşlərin təşkili məqsədilə statistik məlumatlar (sahədən asılı olaraq, tələbat, özünütəminetmə səviyyəsi və s.), habelə vergi uçot-baza məlumatlarına əsasən sahələrin göstəriciləri təhlil edilib, idxaldan asılılığın azalması, investisiya cəlb olunması üçün gözlənilən təşviq mexanizmləri barədə sahibkarlardan təkliflər alınıb. Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik məlumatların alınması məqsədilə ictimai təşkilatlar və sahibkarlarla könüllü sorğular keçirilib.
"Bütün bunlar sahibkarlıq mühitinin təkmilləşməsi üçün düzgün yol xəritəsinin müəyyənləşdirilməsinə xidmət edir. Vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir. Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan biznes təmsilçiləri ilə fəal əməkdaşlıq davamlı olacaq və müasir çağırışlara uyğun təkmilləşdiriləcək", - DVX-də bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət