Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO
Yusif Nəzərli
16:16 28.01.2022
İqtisadiyyat
640
Dünyada qida məhsulları qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb.
Bu barədə Trend-ə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildiriblər.
Qeyd olunub ki, ötən il dünya ərzaq qiymətlərinin artımında kəskin artım müşahidə olunub.
2021-ci ilin dekabrında FAO ərzaq qiymətləri indeksi orta hesabla 133,7 bənd təşkil edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 25,1 bənd (23,1 faiz) çoxdur.
“Bu, onu göstərir ki, dünyada qida məhsulları qiyməti son on il ərzində ən yüksək səviyyəyə çatıb”, - deyə FAO-dan bildiriblər.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, ötən il bu artıma müəyyən amillər təsir edib.
“İstehsal-satış zəncirinin qırılması, əlverişsiz hava şəraiti, enerji daşıyıcıları qiymətinin artımı və ehtiyatların yüksək dəyəri, eləcə də qida məhsullarına tələbatın durmadan artması ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaran əsas amillərdir”, - FAO-dan deyiblər.
Qeyd olunub ki, 2022-ci ildə də ərzaq qiymətlərinin yüksək qalacağı proqnozlaşdırılır.
“Qida məhsulları qiymətlərinin artması dünyada ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb olub. Milli səviyyədə ərzaq təhlükəsizliyi dövlətin öz əhalisini daim və sabit şəkildə qida məhsullarına tələbatını təmin edə bildiyi vəziyyətdir”, - təşkilatdan qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm