
Əhalinin regionlara üz tutması inkişafa yol açacaq
Yusif Nəzərli
12:24 23.10.2023
İqtisadiyyat
598
Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna (İKZF) müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub.
Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov televiziyada yayımlanan verilişlərdən birində deyib.
Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur.
İpoteka Kredit və Zəmanət Fondu (İKZF) -nin baş direktoru İlham Kələşov bildirib ki, İpoteka Kredit və Zəmanət Fondu (İKZF) üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirib
"Bununla da, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir", - İKZF-nin baş direktoru deyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, rəqəmsal olaraq 26 faiz artım varsa, deməli ipotekaya müraciətin şərtlərinə cavab verə bilən əhalinin sayında da artım var:
“İpoteka götürənlərin sayında olan artım həmin qədər insanın normal iş şəraiti və gəlir mənbəyinin formalaşması deməkdir. Çünki normal iş yeri və gəlir mənbəyi olmayan şəxslərin müraciətləri qəbul edilmir. Regionlara ipoteka kreditlərinin sadə və əlverişli verilməsi isə mövcud şəraitə uyğun olaraq yeridilən siyasətdir. Hazırda Bakı şəhəri tikinti və inşaat yerləri ilə çox yüklənib.

Əhalimizin regionlara üz tutması regionların inkişafına şərait yaradacaq. Bunlar hamısı bir-birini qarşılıqlı şəkildə stimullaşdıran proseslərdir. Doğrudur ipoteka sahəsində müəyyən işlər görülür. Amma hələ görüləcək işlər çoxdur. İlk növbədə vətəndaşların ipoteka kreditinə əlçatanlığı təmin olunmalıdır. İpoteka şərtlərinin sadələşməsi yönündə mərhələli şəkildə addımlar atılmalıdır. Regionlarla Bakı arasında stimullaşdırıcı faiz fərqi olmalıdır. Bu sayədə regionlarda ipotekaya olan maraq artacaqdır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət