
Ekspert: Ətin qiymətini ucuzlaşdırmaq olar
07:51 15.10.2024
İqtisadiyyat
570
Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır
Azərbaycanda ilbəil ət istehlakı artır. Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Statistikadakı artım Azərbaycan xalqının qidalanmasında ətin xüsusi rolunu əks etdirir. Yəni ətin mətbəximizdə mühüm yeri var. Milli yeməklərin əksəriyyəti qırmızı ət və toyuq məhsullarından hazırlanır.
Qeyd edək ki, Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3 faizdir. Yerdə qalan tələbat isə idxal məhsulları hesabına ödənir.
Ekspertlər isə hesab edir ki, ölkədə istehlak olunan ət məhslullarına olan tələbatın tam şəkildə ödənilmsi üçün iribuynuzlu heyvanlarla məşğul olan şəxslərə ciddi ehtiyac var. Örüş yerlərinin artırılması və yemin ucuzlaşması üçün müvafiq qurumlar güzəştlər həyata keçirməlidirlər. Yemin əlavə dəyər vergisindən azad olunmasının da prosesə müsbət təsir edəcəyi güman edilir. Yəni həm fermerlər üçün, həm də kənd yerlərində müəyyən stimullar tətbiq etmək lazımdır ki, idxaldan asılı vəziyyətə düşməyək.
İqtisadçı-ekspert Cəfər İbrahimlinin "Sherg.az"a söylədiyinə görə, ölkəmizdə ətə olan tələbat mütəmadi olaraq yüksəldiyi üçün ət istehsalını genişləndirmək vacibdir:

“Aqrar sektorda heyvandarlıq kifayət qədər əhəmiyyətli istiqamətdir. Heyvandarlığın inkişaf etdirilməsi yerli istehsal hesabına, ət məhsullarına tələbin ödənilməsinə gətirib çıxara bilər. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Onu da deyim ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdən olduğu üçün 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub. İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində, 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara irihəcmli kreditlər verilib. Yəni dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".
Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region