Elektrik enerjisinin qiyməti ucuzlaşacaq
Elektrik enerjisinin qiyməti ucuzlaşacaq
Yusif Nəzərli
08:57 24.09.2023
İqtisadiyyat
725
Məntiqlə baxdıqda çeşidliliyin artması qiymətlərin enməsi ilə nəticələnməlidir
"Energetika haqqında" yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
"2028-ci ildən başlayaraq elektrik enerjisinin satışı dövlət inhisarından çıxaraq tənzimləyici vasitəsilə tənzimlənəcək. Eyni zamanda daxili və xarici investorlar bu sahədə fəaliyyət göstərə biləcəklər, yəni elektrik enerjisinin satışı hissəsində. Amma ötürmə və paylama yenə də dövlətin inhisarında qalacaq. İstehsal isə sərbəst olacaq, misal üçün kimsə istəsə gəlib bir stansiya tikib, elektrik enerjisi istehsal edə və onu sərbəst şəkildə bazara sata biləcək. Ona görə də düşünürük ki, bazar rəqabəti olduğu üçün, yəni rəqabət mühitində elektrik enerjisinin qiymətləri aşağı düşməlidir", - deyə S.Qurbanov bildirib.
O qeyd edib ki, əhalinin, ticarət obyektlərinin elektrik enerjisi təchizatçısının seçim imkanı olacaq. "Məsələn, insanların necə ki, mobil operatorları seçmək imkanı var, eyni qaydada elektrik enerjisi təchizatçısını seçmək imkanı olacaq. Əhali hansı şirkəti uyğun biləcəksə, onunla müqavilə bağlayacaq və elektrik enerjisini onun tarifi ilə alacaq. Bu da əhalimizin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasında və eləcə də qiymət seçiminə imkan verəcək. Hazırda qiymət seçimi imkanı yoxdur, ancaq 2028-ci ildən sonra elektrik enerjisini almaqda qiymət seçimi də mümkün olacaq", - deyə komitə sədri əlavə edib.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bu sektorda bir neçə layihəyə start verilib:
“Hazırda xüsusilə işğaldan azad olunmuş torpaqlarda xarici investorlarla günəş və külək elektrik stansiyalarının tikilməsi ilə bağlı razılıqlar əldə olunub. Bu xarici investorlar bazarın liberallaşmasının tərəfdarıdırlar. Azərbaycanda təşkil olunacaq bu yeniliklər dünya praktikasında uzun zamandır tətbiq edilir. Məsələn, yalnız London şəhərində 12 elektrik paylayıcı şirkət var. Kim hansına istəsə qoşula bilir. Təbii ki, ölkə ərazisində hər sahədə olduğu kimi, bu sektorda da çeşidliliyin artması çox gözəl haldır. Məntiqlə baxdıqda çeşidliliyin artması qiymətlərin enməsi ilə nəticələnməlidir. Ancaq qiymətləri formalaşdıran bir sıra hallar mövcuddur. Azərbaycanda qiymətlərin formalaşması infrastrukturun quruluşundan, şirkətlərin sayından, rəqabət mühitinin nə qədər güclü olmasından, dövlət tənzimləməsindən və s. asılı olacaq. Bu elə bir sahədir ki, burada dövlət tamamilə kənarda qala bilməz. Əgər ciddi və rəqabətcil bir mühit yaradılarsa qiymətlərin vətəndaşların xeyrinə dəyişilməsinə şahid olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya