Erməni şirkəti Şəki və Qəbələyə səyahət təşkil edir
Erməni şirkəti Şəki və Qəbələyə səyahət təşkil edir
Yusif Nəzərli
09:41 25.10.2023
İqtisadiyyat
847
Sülh bərqərar olduqdan sonra bu cür məlumatlara getdikcə çox rast gələcəyik
İrəvanda yerləşən “Arara Tour” adlı turizm şirkəti avropalı turistlərə Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycana da səyahət təklifi edir. Globalinfo.az-ın məlumatına görə, bu barədə yazıçı Ələkbər Əliyev bildirib. O qeyd edib ki, “Arara Tour”un gəzməli yerlər siyahısında Şəki, Qəbələ də var: “Avropalı turistlər buralara gəlmişkən hər üç Cənubi Qafqaz ölkəsini görmək istədiklərindən, “Arara Tour” onlar üçün Tbilisidən Bakıya reyslər və Azərbaycanda hotellər bron edir, Azərbaycanda onlarla maraqlanacaq şirkətlərə sifarişlər ötürür”.
Məğlub ölkə Ermənistan qalib Azərbaycanla sülh müqaviləsinin imzalanmasından hələ də qaçır. Ermənistanın turizm şirkətləri isə qabağa düşüb, deyəsən. İndidən Azərbaycanla biznes əlaqələri yaratmaq barədə düşünürlər və düşündüklərini də həyata keçirməyə səy göstərirlər. Yəqin erməni biznesmenlər siyasətçilərdən fərqli olaraq Azərbaycanla əməkdaşlığın qaçılmazlığını dərk edir və zaman itirmək istəmirlər.
Ermənistanın turizm şirkətinin Azərbaycana da səyahətlər təklif etməsinin səbəblərini “Sherg.az”a izah edən iqtisadçı Fuad İbrahimov bildirdi ki, Qafqaz turizmi formatının yaranacağı realdır:
- Qafqaz turizmi adlı işbirliyi gec-tez yaranacaq. Bu formatda iş gedəcək. Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq və bundan sonra proseslər daha sürətli xarakter alacaq. Ermənistanın turizm şirkətinin bu təklifinə biz siyasətdən kənar baxmalıyıq. Bilirsiz, bu, təbii haldır. Çünki artıq uzun illərdir ki, dünyada turizm sektorunda köklü dəyişikliklər baş verib. İndi yalnız bir ölkəyə səyahətlərə gedənlər çox azdır. Səyahətsevərlər daha çox ölkə ziyarətinin daxil edildiyi tur-paketlərə üstünlük verir. Bir ölkəyə səyahət dövrü çoxdan bitib. Müasir insanlar bir tur-paketlə bir neçə ölkəyə səyahət etməyi seçir. Bu, daha ucuz başa gəlir. Nəqliyyat xərclərindən, viza alınması kimi yorucu prosedurdan xilas olurlar. Bir neçə ölkəyə səyahət təklif edən turizm şirkəti səyahəti də özü təşkil edir. Hazırda tək ölkəyə səyahət, yəqin ki, müalicə məqsədilə gerşəkləşir. Hətta bu zaman da insanlar çalışırlar qonşu ölkələri, yaxınlıqdakı şəhərləri ziyarət etsinlər, bir neçə məkan görsünlər, bir neçə yerdə olsunlar. Evdən çıxmışkən, daha çox yeri ziyarət etmək istəyirlər. Eləcə də xarici ölkələrə səyahət etmək istəyənlərə bir tur-paketlə br neçə ölkədə olmaq, daha çox şəhərləri ziyarət etmək, gəzmək sərfəlidir. Cənubi Qafqazda da eyni vəziyyətdir. Azərbaycan, Gürcüstan, Ermənistan Zaqafqaziya ölkələridir və bura səyahət təşkil edənlər də çalışır ki, səyahətçilərin diqqətini cəlb etsin, maraqlandırsın. Odur ki, tək bir ölkəyə deyil, Cənubi Qafqazın 3 ölkəsinə də tur-gəzinti təklif edirlər. Hotelləri də özləri bron edir. Biznesdən kimsə imtina etməz, əlbəttə. Xüsusən söhbət əcnəbi turistlərdən gedirsə. Təbii ki, əcnəbi turistləri də belə təkliflər cəlb edir. Ermənistanın turizm şirkəti də bunu Gürcüstan üzərindən həyata keçirir. Turistlər üçün də bu, normal haldır. Onları maraqlandırmır Azərbaycanla Ermənistanın münasibətləri. Turist gəzmək, uyğun qiymətə daha çox ölkə görmək istəyir, kim də ona bu imkanı yaradırsa, istifadə edir.
F.İbrahimov qeyd etdi ki, getdikcə bu cür təkliflərin artdığını görəcəyik:
- Qısa zamanda biz bu tip məlumatları tez-tez görəcəyik. Sülh bərqərar olduqdan, xoş qonşuluq münasibətləri formalaşdıqdan sonra bu cür məlumatlara getdikcə çox rast gələcəyik. Cənubi Qafqaz turizm şəbəkəsi yaranacaq. Turistik bum dövrü başlayacaq. Tur-paketlərin həcmi də artacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət