Gediş haqqı 50 qəpik olacaq? – BNA rəsmisindən cavab:“Yaxın gələcəkdə...”
Banuçiçək Kalbalıyeva
11:13 04.09.2020
İqtisadiyyat
1362
“Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənilir”.
Bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.
“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsini "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq sizinlə 2 qənaətimi bölüşmək istərdim.
Birincisi, xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir.
İkincisi, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun.
Odur ki, bilin, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, “ayı”nın min oyunu var, bir armudun başında”, - deyə Qubad İbadoğlu bildirib.
BNA-nın mətbuat xidmətinin rəisi Mais Ağayev “Sherg.az”a açıqlamasında məsələyə münasibət bildirib:
“Bu, tamamilə əsassızdır. Yalan və cəfəngdir. Nəinki indi, yaxın gələcəkdə də gediş haqqını artırmaq haqqında düşünmürük. Gündəliyimizdə belə bir məsələ yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media