“Gürcüstan üçün rəsmi Bakı “oksigen” mənbəyidir”
Yusif Nəzərli
12:23 26.10.2022
İqtisadiyyat
684
“Ölkəmizin rəsmi Tiflisin iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırması bunun yalnız bir elementidir”
"Gürcüstan ilə Azərbaycanı bir çox əlaqələr və zərurətlər bağlayır".
Bu sözləri "Sherg.az"a iqtisadçı Pərviz Heydərov deyib. Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışında təsadüfən demədi ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkə, eyni zamanda, rəsmi Bakı da rəsmi Tiflisin strateji tərəfdaşıdır:
"Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz bu iki ölkəni biri-birinə qırılmaz şəkildə birləşdirir. Ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə Avropa, Asiya, Şimal və Cənub maraqlıdır.
Odur ki, bu əlaqələrin inkişafını ətraf dövlətlər dəstəkləyir. Bildiyimiz kimi, Azərbaycan regionun ən böyük və güclü iqtisadiyyatına malikdir. Gürcüstan ilə qarşılıqlı iqtisadi-ticari və siyasi əməkdaşlığımızdan ən çox qazanan məhz qarşı tərəf, yəni Gürcüstandır.
Doğrudur, yuxarıda adlarını çəkdiyimiz layihələr rəsmi Tiflis ərazisindən keçir və Avropaya çıxışımızı təmin edir. Elə təkcə Türkiyəyə çıxışımızda Gürcüstan ərazisinin önəmi böyükdür. Lakin bütün bunlardan sözügedən ölkə ikiqat artıq gəlir götürür. Gürcüstan üçün rəsmi Bakı “oksigen” mənbəyidir.
Ölkəmizin rəsmi Tiflisin iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırması bunun yalnız bir elementidir. Eyni zamanda ticarət dövriyyəmizin həcminin təkcə ötən ay ərzində 1 milyard dollara yaxınlaşması faktı özü hər iki tərəf üçün ölkələrimizin əlverişli bazar olduğunun göstəricisidir".
P.Heydərov vurğulayıb ki, inkişaf bütün parametrlər üzrə yüksəlməkdə davam edəcək:
"Bunun da əsas səbəbini, hərəkətverici qüvvəsini məhz Azərbaycan iqtisadiyyatının tərəqqisi təşkil edəcək. Əvvəla, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmalıdır. 2027-ci ildə ölkəmizin təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Həmçinin gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Ölkəmizin dövlət başçısı İlham Əliyev qeyd etdi ki, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyi var. Üstəgəl, elektrik enerjisi istehsalı potensialımız yüksəlir. Bunu da ixrac etməliyik.
Avropa Azərbaycandan elektrik enerjisi də umur. Bunu da çox güman, Gürcüstan vasitəsilə ixrac edəcəyik. Rəsmi Tiflislə Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti isə hələ 5 milyon tona çatdırılacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Bütün bunlar iki ölkə arasında əlaqələrin sonrakı perspektivlərindən xəbər verir. Eyni zamanda Gürcüstan üçün yeni gəlirlər deməkdir".
Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başlayıb.Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş keçirilib. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkə başçısı həmçinin vurğulayıb ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub:
"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya