Hamıya pul paylamaq əks effekt verər
Yusif Nəzərli
08:22 21.10.2022
İqtisadiyyat
542
Natiq Cəfərli: "Ona görə də biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik"
"Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Yüz manatın dəyəri daha da aşağı düşəcək və insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir". Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, qiymətlər və inflyasiya aşağı salınmadıqca, nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq:
"Ona görə də biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik. Dərman vasitələri ilə bağlı gömrük rüsumlarının isə sıfırlanmasının tərəfdarıyıq. Bax, bu addımlar inflyasiyanın qarşısını alacaq və qiymətlərin aşağı enməsinə səbəb olacaq. Bu həm də insanların gözləntilərinə daha uyğundur. Biri var, dövlətin vəsaitini xərcləyərkən daha çox qiymət artımı ilə qarşılaşasan, biri də var ki, bugünkü qazancınla daha çox mal və ərzaq almağa imkanın olsun. Fikrimcə, ikinci versiya daha məntiqlidir. Bir sözlə, qiymətlərin aşağı salınması, inflyasiyanın qarşısının alınması üçün təcili olaraq vergi və gömrük rüsumlarında islahata ehtiyac var".
Ekspert vurğulayıb ki, həqiqətən də, doğuşun stimullaşdırılması, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var:
"Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Bu gün ailələr birinci uşağı özləri planlaşdırır, buna maddi olaraq da hazırlaşırlar. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır. Bir çox ailələr sosial problemlər səbəbindən ikinci, üçüncü uşaqları dünyaya gətirməyə çəkinirlər. Məhz həmin kateqoriyalara aid uşaqlara, yəni birinci uşaqdan sonra dünyaya gələn uşaqlara əlavə hər ay yüz manat verilməsi mümkündür. Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə