“İpoteka kreditləri ilə bağlı bu problemlər aradan qalxdı”
Banuçiçək Kalbalıyeva
12:18 24.11.2020
İqtisadiyyat
1020
“İştirak payı 25 faiz olan şəxslərə də sahibkarlıq kreditləri üzrə təminatlar və faiz subsidiyaları veriləcək”
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Belə ki, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar müvafiq məlumatların elektron sistemə ötürülməsi zamanı, fiziki və hüquqi şəxslərin 25-dən çox olaraq qeyd edilən iştirak payı “25 faiz və daha çox” olaraq müəyyənləşib.
Eləcə də, kredit almaq istəyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə təqdim edilən bəndə əlavə olaraq, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar tələb olunacaq.
Mütəxəssislər bu dəyişikliyi “Sherg.az”a şərh ediblər. İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, müvafiq proseslərin icrası bundan sonra daha asan olacaq:
“Əməliyyatların icrasında indiyədək, yəqin ki, müəyyən çətinliklər meydana çıxıb. Sözügedən fərmanla həmin problemlər aradan qalxdı. Amma bu, texniki məsələdir. Yəni mahiyyət etibarilə ciddi bir dəyişiklik yoxdur”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da iqtisadçı ilə eyni fikirdədir:
“Beləliklə, iştirak payı 25 faiz olan şəxslərə də sahibkarlıq kreditləri üzrə təminatlar və faiz subsidiyaları veriləcək. Məzmun və mahiyyət bundan ibarətdir. Başqa heç bir dəyişiklik yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət