
İqtisadçı: İstehlak bazarındakı böyümə vətəndaşların xərclərinin artmasından irəli gəlir
09:48 15.04.2025
İqtisadiyyat
453
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu ötən ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 5,1% çoxdur.
Dövr ərzində ümumi dəyərin 78,9%-ni pərakəndə ticarət dövriyyəsi, 18,1%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3%-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Birinci rübdə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,9% artaraq 17,7 milyard manata bərabər olub, onun 44,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 602,3 manat və ya illik müqayisədə nominal ifadədə 54 manat çox vəsait xərcləyib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 2024-cü illə müqayisədə 2025-ci ilin yanvar ayının göstəricilərinə görə, ölkənin istehlak bazarı 5 faiz böyüyərək ümumi xərclər 6.1 milyard manat təşkil edib:

“Amma bu böyümənin içində daha çox biz əsasən ərzaq məhsullarının istehlakını görürük. 78.8 faiz ərzaq istehlakı xərcləri olub. Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 18.4 faiz artım var və yerdə qalan iaşə xidmətləri üzrə 3.1 faizdir. Yəni biz bu statistik rəqəmlərə diqqətlə nəzər salsaq, görərik ki, əhalinin əsasən ərzaq istehlakı üzrə xərcləri artıb. Əgər biz xidməti sektor və yaxud da əhaliyə göstərilən pullu xidmətlər iaşə xidmətləri, nəqliyyat xərcləri üzrə böyüməni görsəydik, o zaman biz yeni iş yerlərinin artdığını, iqtisadi aktivliyinin çoxaldığını qeyd edə bilərdik. Lakin burada ən böyük rəqəm təəssüf ki, yenə də ərzaq istehlakı üzrə böyümədir. Bu da ondan irəli gəlir ki, ərzaq bazarında rəsmi statistikada qeyd edildiyi kimi də bahalaşma öz təsirini vətəndaşların istehlak xərclərinə də yansıdıb. Bu böyümə məhz inflyasiya və ərzaq məhsullarının qiymətinin artması ilə bağlı olan böyümə göstəricisidir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən də biz görürük ki, vətəndaşların ərzaq və ərzaq məhsullarına xərclədiyi vəsaitlərin də həcmində artımlar var. Eyni zamanda, rəsmi statistikaya görə də ötən illə müqayisədə bu ilin yanvar ayında bir sıra ərzaq məhsulları, o cümlədən kənd təsərrüfatı məhsullarının da qiymətində artımlar baş verib. Bu istehlak bazarındakı böyümə əslində vətəndaşların xərclərinin artmasından irəli gələn böyümədi. Əgər bu böyümə digər istiqamətlər üzrə baş versəydi, biz burada müsbət məqamları qeyd edə bilərdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya