
İqtisadçı: Qızılın qiyməti yenə bahalaşacaq
08:45 24.10.2024
İqtisadiyyat
739
Yaxın Şərqdəki hərbi əməliyyatlar və gələn ay ABŞ-də prezident seçkilərinin keçirilməsi də bazara təsir edir
Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Son bir ilin ərzində qızılın qiyməti təxminən 40 faiz artıb. Bu da təsadüfi deyil. Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır.
Qeyd edək ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36 faiz artaraq 2748.80 ABŞ dollarına bərabər olub.
Bu səbəbdən dünyada baş verənləri qiymətləndirən investorlar getdikcə daha çox qiymətli metallar kimi daha təhlükəsiz aktivlərə müraciət etməli olurlar.
İnvestorlar həmçinin ABŞ Federal Ehtiyat Sisteminin noyabrda müqayisə ediləcək bir dərəcədə nisbətən monetar siyasətini yumşalda biləcəyi ilə bağlı fərziyyələr də irəli sürürlər. Belə ki, əsas ümidverici amil ondadır ki, etibarlı aktiv sayılan qiymətli metal olan qızıla tələbat get-gedə artır.
“Financial Times”in məlumatına görə, mərkəzi banklar həmişə olduğu kimi müxtəlif aktiv sinifləri üzrə holdinqlərini diversifikasiya etməyə çalışdıqları üçün yenə qızıl almağa davam edirlər.
“Saxo Bank” kimi tanınan böyük maliyyə şirkətinin rəhbəri kimi bu mövzu ilə bağlı danışan Ole Hansen qeyd edib ki, qızılın qiymətinə təsir edən daha bir əsas amil ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində baş verən maliyyə qeyri-sabitliyi, həm də nəticələri naməlum qeyri-müəyyənlikdir.
İqtisadçı-ekspert Fuad İbrahimov isə “Sherg.az"a açıqlamasında deyib ki, dünya bazarında qızılın qiymətinin artmasını stimullaşdıran bir sıra amillər var. Onun sözlərinə görə, son illərdə qızılın qiymətinin bahalaşmasını sürətləndirən əsas məsələ bir çox ölkələrin öz ehtiyatlarını dollar, avro, funt-sterlinqdə yox, qızıla yönləndirməsidir:

“Bir çox mərkəzi banklar ehtiyat fondlarında diversifikasiya əməliyyatlarını həyata keçirir. Bu banklar qızıl alışını artırır. Bu strategiyaya liderlik edən ölkələr Rusiya və Çindir. Xüsusən də, Ukraynaya hücumdan sonra Rusiyanın kifayət qədər aktivləri qərb banklarında dondurulandan sonra ruslar ehtiyatlarını qızıl ilə təşkil edir. İndi digər ölkələr, Hindistan, qardaş Türkiyə və s. ölkələr də bu tendensiyaya qoşulduğu üçün qızıla olan tələbat artıb. Tələb artdıqda isə qiymətlərdə kəskin bahalaşma müşahidə edilir”.
Ekspertin fikrincə, qızılın qiymətinin ilk dəfə olaraq qızılın bir unsiyası 2700 dolları ötməsi artıq rekord bahalaşma sayılır. Hətta proqnozlara görə, dekabr ayında qızılın bir unsiyasının orta qiyməti 2800 dollara, 2025-ci ilin birinci rübündə isə 2900 dollara qədər yüksələcək.
F.İbrahimovun sözlərinə görə, İsrailin Yaxın Şərqdə hərbi əməliyyatlarını davam etdirməsi, gələn ay ABŞ-də prezident seçkilərinin keçirilməsi də qızılın bahalaşmasına təsir edən amillər sırasındadır:
“Lakin birjalarda spekulyativ əməliyyat baş verərsə, proses əks istiqamətə də yönlənə bilər. Qeyd edim ki, Azərbaycanda da qızıl satışı ilə məşğul olan sahibkarlar qiymət siyasətini dünya birjasının göstəricilərinə uyğun olaraq qeyd edirlər. Ona görə də qızılın bundan sonra da bahalaşacağı istisna edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm