İqtisadçıdan təklif: “Fransa mallarını boykot etməkdənsə...”
Banuçiçək Kalbalıyeva
13:15 27.11.2020
İqtisadiyyat
1110
“...Əməkdaşlıq daha yaxşıdır”
“İş adamları ilə əlaqələr qurduqca, onlar da öz növbələrində yerli siyasətçilər, media işçiləri ilə əməkdaşlıq edəcəklər”
“Və maraqlarımızın təminatçılarına çevriləcəklər”
Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Eyni zamanda Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına salınması deməkdir.
Əgər belə demək mümkünsə, Fransa bizə arxadan zərbə vurmağa çalışdı. Amma nəzərə almaq lazımdır ki, bizim iqtisadi əlaqələrimiz var. Deməli, siyasi sferada baş verənlərin iqtisadiyyatdakı inikası da tam real məsələdir.
ReAL Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli məsələ barədə “Sherg.az”a danışarkən parlament qərarının əhəmiyyətini belə qiymətləndirib:
“Bu, sadəcə hökumətə çağırışdır. Hüquqi əsası yoxdur. Əlbəttə, Fransa siyasi məsuliyyət daşıyır. Rəsmi Paris artıq həmsədr kimi nüfuzunu itirib. Həmçinin vasitəçi dövlətin Xarici İşlər Nazirliyi qondarma rejimin tanınmayacağı ilə bəyanat verib”.
N.Cəfərlinin sözlərinə görə, indiki məqamda Fransa mallarını boykot etmək məqsədəuyğun deyil:
“Şübhəsiz, biz dünya dövlətləri ilə münasibətlərimizi qurarkən iqtisadi amilləri də nəzərə almalıyıq. Lakin qarşılıqlı boykotdansa, əməkdaşlıq daha yaxşıdır. Birincisi ona görə ki, bizim ticarət dövriyyəmiz o qədər də çox deyil. Azərbaycan Fransadan təxminən 250-300 milyon dollarlıq məhsul alır və onun beşdə biri qədərini ixrac edir.
Dünya qloballaşıb. Fransa şirkətlərinin mallarını təkcə həmin ölkə özü istehsal etmir axı. Türkiyə, Asiya ölkələri, o cümlədən Çin, Vyetnam, Banqladeş də Fransa mallarını istehsal edirlər. İndi biz qardaş ölkə mallarınımı boykot edək? Bu, məntiqsiz olar. Həm də həmin addımın nə bizə, nə Fransaya ciddi təsiri olacaq.
Deməli, əks təşəbbüs daha münasibdir. Fransa şirkətlərinin Azərbaycana böyük marağı var. Gələn il Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda böyük investisiya layihələrinin həyata keçirilməsi, özəlləşdirmələr gözlənilir.
Azərbaycan logistik mərkəz olaraq dünya ölkələri üçün çox cazibədardır. Həmçinin yaxın perspektivdə bizim İranla, cənub qonşumuzun isə Qərblə əlaqələri inkişaf edə bilər.
Azərbaycandan fərqli olaraq Ermənistan dünya ölkələri üçün maraqlı deyil. Əlbəttə, yalnız söhbət ərazi və əhali fərqindən yox, həm də coğrafi mövqedən gedir. Biz dediyim üstünlüklərdən yararlanmalıyıq.
İş adamlarının dünyanın hər yerində ən güclü lobbi qruplarının olduğunu nəzərə almalıyıq. Deməli, biz həmin adamlarla əlaqələr qurduqca, onlar da öz növbələrində yerli siyasətçilər, media işçiləri ilə əməkdaşlıq edəcək və maraqlarımızın təminatçılarına çevriləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət