İqtisadiyyat Nazirliyi: "Əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir"
Yusif Nəzərli
10:54 30.04.2022
İqtisadiyyat
541
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Dünyada neqativ meyillərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmamışdır. Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.
Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.
Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya