Kadri Simson: “TAP-la Avropaya 10 mlrd kubmetr qaz nəql edilib”
Yusif Nəzərli
15:59 04.02.2022
İqtisadiyyat
691
2020-ci ilin dekabrından Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.
“Bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir”, - K.Simson bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. “Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir”.
K.Simson əlavə edib ki, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?
Onun sözlərinə görə, ötən il nazirlərin iclasında bu məsələlərin öyrənilməsinə başlandı. Ötənilki iclasdan sonra dəhlizlə bağlı siyasi söhbətlər və qazla əlaqədar geniş müzakirələr aparıldı. Avropa İttifaqı qazın keçid dövründə rolu, onun tənzimləyici və infrastruktur təsiri ilə əlaqədar öz mövqeyini aydınlaşdırdı.
“Biz ötən ilin dekabrında hidrogen və dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə qaz sektorunun dekarbonlaşmış gələcəyə doğru çərçivəsini müəyyən etdik, hidrogen və bioqaz sahəsində yeni imkanlar yaratdıq. Bu paketə gəldikdə o, həmçinin bugünkü qaz bazarının yaxşı formalaşdırılmasına xidmət edir. Onu daha müqavimətli, istehlakçıları nəzərə alan bazara çevirir. Biz, həmçinin mühüm və tarazlaşdırılmış qaydaları qəbul etmişik ki, enerji sektorunda metan emissiyaları azaldaq. İki gün öncə komissiya taksonomiya ilə bağlı ümumi bir aktı qəbul edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər müəyyən edilir və onlar iqlim dəyişməsinin qarşısının alınmasına töhfə verməlidir. Bu, əslində, özəl sektoru həvəsləndirməlidir ki, onlar birbaşa bu kimi layihələrə sərmayələr yatırsınlar. Çünki Avropaya təmiz enerji keçidi lazımdır və biz hər bir üzv ölkə ilə bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini yaratmışıq və o sahədə maliyyə vəsaitlərini ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri daha da genişlənsin. Bununla bağlı biz Avropa İttifaqının qonşuluğunda, həmçinin iqtisadi və sərmayə planı çərçivəsində qaz infrastrukturuna sərmayə yatırmağa açığıq.
Bizim tənzimləyici və infrastruktur çərçivəmiz, əslində, qarşıdakı illər ərzində qazın rolunu etiraf edir. Eyni zamanda, biz hidrogen və aşağı karbonlu qazlara keçidi də nəzərdə tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər qaz Avropanın ümumi enerji istehlakının 22 %-ini təşkil edəcək. Bu gün enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar
Təbii qaz təchizatı, o cümlədən maye qaz boru kəmərləri vasitəsilə nəql edilməlidir. Qazın öz marşrutumuzla nəqlinə və xalis sıfır karbona keçidə gəldikdə biz bunu təşviq edirik. Biz istərdik ki, bu, həm bizim qonşularımızda olsun, həm də Qərbi Balkanlarda. Bu region üçün aydın bir prioritet var ki, biz kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçməliyik. Bizim bu gün kömürdən istifadə edən stansiyalarımızın istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir”, - Avropa komissarı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı