Kənd təsərrüfatı məhsulları UCUZLAŞACAQ - Aqroparklar qiymətlərə TƏSİR EDƏCƏK
12:29 11.10.2023
İqtisadiyyat
733
Azərbaycan hökuməti hazırda qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ümumiyyətlə dünya iqtisadiyyatında aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir.
Ölkəmizdə aqrar texnoparkların (aqropark) yaradılması dövlətin əsas hədəflərindəndir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirir, ixrac edilən məhsulların istehsalını artırır. Aqroparklar dövlət tərəfindən vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Trend-ə bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin təməlində iqtisadiyyatın şaxələndiliməsi əsas prioritetdir.
"Belə ki, qeyri neft sektorun inkişafında yanaşmalar dəyişilmiş və daha effektiv sahələrin formalaşdırılması siyasətinə üstünlük verilmişdir. Bu effektiv fəaliyyət sahələrində Sənaye parkları, sənaye məhlələri və Aqroparklar da cəmləşir. Aqroparklar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsində əsas rol oynayır. Bu istehsal sahələri özündə bir çox istehsal sahələrini cəmləşdirməklə kompleks tədbilərin həyata keçirilməsinə imkan verir", - deyə o, əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanda ümümiyyətlə 32 rayonda 240 min hektar ərazidə 51 aqroparkın yaradılması nəzərdə tutulub.
"Artıq 44 aqropark fəaliyyətə başlamış və bu istehsal zonaları bitkiçilik, heyvandarlıq və emal sənayesi sahələri özündə cəmləşdirir. Aqroparkların yaradılmasına xüsusi dövlət güzəştləri tətbiq olunur. Texnoloji avadanlıqlarının, yeni heyvan cinslərinin və bitki sortalrının idxalını vergilərdən azad olunmaqla, güzəştli kreditlər, subsidiyalar verilməklə və digər güzəştləri əhatə olunmaqla çox geniş şəkildə güzəştlər tətbiq olunaraq investorların stimullaşdırılması aparılır.
Aqroparkların yaradılması ölkədə işsizlik probleminin aradan qalxmasına da töhfə verir. Belə ki, bu gün aqroparklarda 5 minə yaxın daimi və 5 mindən çox mövsümü iş yerləri yaradılıb. Gələcəkdə aqroparklar şəbəkəsi genişləndikcə yaranacaq iş yerlərinin əhatə dairəsi də çox genişlənəcəkdir.
Aqropark şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə də genişlənməkdədir. Çünki bu ərazilərin geniş aqropotensialı var. Bu aqropotensialdan səmərəli istifadə etməklə ölkədə ərzaq təhlükəsizliyini daha möhkəmləndirmək və qeyri neft ixarcımızı daha da artırmaq mükündür. Belə ki, Zəngilanda Azərbaycan Türkiyə ilə birlikdə "Dost Aqroparkı" yaradılır. Hətta dövlət başçılarımız "Dost Aqroparkı"n birinci mərhələsinin açılışını da edib. Bu aqroparkda istehsal olunan məhsullar "Made in Karabakh" brendi adı altında buraxılacaq. Burda istehsal olunmuş mallar dünya bazarına daxil olunduqca yeni Qarabağ brendi ilə dünya ictimaiyyəti tanış olacaqdır və 30 il Ermənistanın əsarətində olaraq məhv edilmiş ərazilərin dirçəldiyinə və bu ərazilərə Azərbaycanın yeni ruh qaytardığına əmin olacaqlar. İşğaldan azad olunmuş ərazilərdə aqroparkların yaradılması həm də bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlər üçün iş yerləri deməkdir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarında işləyib ailələrini dolandırmaqla firavan həyatlarına davam etdirəcəklər", - deyə A. Badamov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət