Maliyyə Nazirliyi: "Ortamüddətli dövrdə avrobond buraxılışı nəzərdə tutulmur"
Yusif Nəzərli
10:29 27.10.2023
İqtisadiyyat
499
Maliyyə Nazirliyi ortamüddətli dövrdə avrobondların buraxılışını nəzərdə tutmur.
Bunu “Report”un sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
Yaxın müddətdə daxili borclanmanın hansı alətlər hesabına həyata keçiriləcəyinə gəlincə isə, nazirlik rəsmisi deyib ki, hazırda qurumun daxili maliyyə bazarında emissiya etdiyi qiymətli kağızlar var ki, bunlar da dövriyyə müddəti 1 il, 2 il, 3 il, 5 il və 7 il olan dövlət istiqrazlarıdır: "Növbəti il də daxili borclanmanın eyni dövriyyə müddətli alətlər hesabına həyata keçirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 24-də icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 %, 2024-cü ilin sonuna isə 24 %, eləcə də dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 % müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət