
Manatı nə gözləyir? - AÇIQLAMA
15:10 22.09.2023
İqtisadiyyat
770
Gələn il milli valyutanın mübadilə məzənnəsi cari ildəki kimi sabit qalacaq.
Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. "Dünya valyutalarının hər birinin məzənnəsini şərtləndirən bir sıra amillər var".
Bu sözləri mövzu ilə bağlı “Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib:

“İqtisadi cəhətdən inkişaf etmiş və müəyyən bir inkişaf mərhələsinə çatmış ölkələrdə bu amillər əsasən eynilik təşkil edir. Son zamanlar bütün dünya valyutalarında dalğalanma halları müşahidə olunsa da, bu hal Azərbaycan manatına ciddi təsirlər göstərməyib. Artıq bir neçə ildir ki, Azərbaycan manatının dollara nisbəti 1,7 manat səviyyəsindədir. Təbii ki, bunun bir neçə səbəbi mövcuddur. Əsas səbəb Azərbaycanın maliyyə dayanıqlığının kifayət qədər olmasıdır. Hazırda dövlət borcları ÜDM səviyyəsinin 10 faizini təşkil edir. Bununla yanaşı, dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatını qaneedəcək vəziyyətdədir. Digər tərəfdən, ölkədə makroiqtisadi tarazlıq bərqərar olunub. Bu mənada rahat şəkildə deyə bilərik ki, Azərbaycan manatını hər hansı bir təhlükə gözləmir. Bütün bunlarla yanaşı gələn ilin proqnozlaşdırmasında ehtiyatlı olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya