
“Manatın dəyərinin tənzimlənməsinə getmək lazımdır” - Xarici şok altına düşə bilər
Yusif Nəzərli
16:05 14.04.2022
İqtisadiyyat
853
“Bir manatlıq əskinasın metal əskinaslarla əvəz edilməsini həyata keçirmək gərəkir”
“Dollarla müqayisədə sərbəst üzən məzənnə siyasətini müəyyən həddə qədər buraxmaq olar”
“Hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatı üçün də faydalı olacaq”
Tanınmış jurnalist, iqtisadçı-ekspert Razı Abasbəyli öz feysbuk hesabında manatın görkəminin dəyişəcəyi barədə yazıb.
“Manatın görkəmi dəyişəcək. Dəyəri ilə bağlı rasional islahat aparılacaq. Dəyər qazanacaq, dəyər itirəcək bəlli deyil. Amma 1 AZN metaldan olacaq böyük ehtimal”,-deyə bildirib.

Bunun səbəbini “Sherg.az”a izah edən Razı Abasbəyli bildirib ki, dünyada baş verən Rusiya-Ukrayna müharibəsindən dolayı iqtisadi problemlər dünyanın dünyanın tenderində çox ciddi qırılmalara və gərginliyə gətirib çıxarıb:
“Bu da nəticə etibarilə qiymətlərin bahalaşmasına və bir sıra ölkələrin vətəndaşlarının alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Əlbəttə ki, bu həm də Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin milli valyutalarına təsirləri gücləndirib. Azərbaycan kimi ölkələrin daxili valyutaları xarici şoklar altına düşüb. Nəticədə valyutaların yenidən konvertasiya edilməsinə və dəyərilə bağlı müəyyən qərarların verilməsinə zərurət yaradır”.
Ekspert bildirib ki, Azərbaycanda da manatla bağlı müəyyən islahatlar aparılmalıdır:
“Çox sərt, radikal qərarlar verilməsə belə, indiki situasiyaya uyğun olaraq, bir sıra önləyici tədbirlər həyata keçirmək lazımdır. Xüsusilə də manatla bağlı qərarlar verilməlidir. Əgər qarşıdan gələn turizm mövsümünü nəzərə alsaq, Azərbaycan manatının süni olaraq dəyərdə saxlanılması yox, real bazar dəyərinin tənzimlənməsinə getmək lazımdır.
Çünki Rusiya həm də böyük bir turizm bazarı deməkdir. Bu turistlərin Azərbaycana cəlb edilməsini qarşıdakı mövsümdə həyata keçirmək olar.
Bunun üçün də zəifləməkdə olan rus rubl ilə müqayisədə Azərbaycan manatınında da müəyyən mənada dəyər azalmasına və yumşaq məzənnə siyasətinə keçmək lazımdır. Ona görə qeyd etmişdim ki, manatın real bazar dəyəri ilə bağlı islahatlar aparılmalıdır. Bir manatlıq əskinasın metal əskinaslarla əvəz edilməsini həyata keçirmək gərəkir.
Dollarla müqayisədə sərbəst üzən məzənnə siyasətini müəyyən həddə qədər buraxmaq olar. Hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatı üçün də faydalı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya