Məhsulun qiymətində 4 qəpik bahalaşma olmalıdır - TƏHLİL
12:24 06.11.2023
İqtisadiyyat
731
Amma bizim sahibkarlar aksiz dərəcəsinin artdığını bəhanə edib qiyməti 2 manat bahalaşdırırlar
Ümumdünya Səhiyyə Təşkilatı siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin 60-65%-ə çatdırılmasını tövsiyə edir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. O.Nəzərli bildirib ki, bunu bir gündə etmək mümkün deyil:
“Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq”. Deməli, siqaret və alkoqollu içkilərin aksiz dərəcələri mərhələ-mərhələ artırılaraq 60-65 faizə çatdırılacaq. Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır. Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.
Məsələyə münasibət bildirən iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əslində aksiz dərəcələrinin cüzi qalxması, məhsulların qiymətinə də cüzi təsir etməlidir. Lakin bizdə əksi baş verir:
- Aksz dərəcələrinin artması sahibkarların “əlinə” bəhanə verir. Bunu bəhanə edib məhsulun qiymətini qaldırırlar. Baxın, hər 1000 ədəd siqaret üçün aksiz dərəcəsi 38,5 manatdan 45,5 manata yüksəldilir. Bu, o deməkdir ki, məhsulun qiymətində 4 qəpik bahalaşma olmalıdır. Amma bizim sahibkarlar aksiz dərəcəsinin artdığını bəhanə edib qiyməti 2 manat bahalaşdırırlar. Bu da monopoliyanın nəticəsidir. Spirtli içkilərlə bağlı da eyni vəziyyətdir. Asiz dərəcəsinin artması 1 litrdə 80 qəpik fərq edir. Amma bizdə qiyməti 4-5 manat qaldırırlar.
F.İbrahimov qeyd etdi ki, siqaret və spirtli içkilərin qiymətində artım baş verməsi, sağlamlıq baxımından müsbət haldır:
- İnsanlarımız bu məhsallardan nə qədər az istifadə etsələr bir o qədər yaxşıdır. Amma sahibkarlar siqaret və ya spirtli içkilərin qiymətini vətəndaşın sağlamlığını düşünərək qaldırmır, daha çox qazanc əldə etmək üçün qaldırırlar. Aksiz dərəcələrinin qaldırılmasından sahbkarlar öz xeyrinə sui-istifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol
Telefonu yastığın altında şarj etmək təhlükəlidir
07:17 15.09.2026
Texnologiya