Mərkəzi Bank: Vaxtı keçmiş kreditlərin həcmində yaranan fərq hesablama ilə bağlıdır
11:33 29.10.2024
İqtisadiyyat
772
Azərbaycan Mərkəzi Bankı bu il oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqinin səbəbini açıqlayıb.
AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) həcmi də rəsmi internet saytında açıqlanır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 mln. manat təşkil edib.
Xatırladaq ki, bankların bu ilin III rübü üzrə açıqladığı rəqəmlərə əsasən vaxtı keçmiş kreditlərin həcmi 21 bank üzrə 962 mln. manat təşkil edib. AMB-nin açıqladığı statistik bülletendə isə bu rəqəm 480 milyon göstərilib.
AMB-dən həmçinin əlavə edilib ki, bankların rəsmi səhifələrində də kredit riski ilə bağlı hesabatlar açıqlanmalıdır:”Banklarda korporativ idarəetmə Standartları”nın 19-cu maddəsinə əsasən iqtisadi qərarların qəbul edilməsi, bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edərkən müxtəlif bankları səmərəli müqayisə etmək imkanları yaratmaq üçün hər bir bank məlumat istifadəçiləri üçün rüblük və illik əsasda məlumatlar açıqlayır. Bankın maliyyə göstəriciləri, bank və onun fəaliyyəti barədə ümumi məlumatlar, bank kapitalının strukturu və adekvatlığı ilə yanaşı, bank risklərinin idarə edilməsi barədə məlumatlar çərçivəsində prudensial yanaşmaya uyğun olaraq banklar tərəfindən kredit portfelinin keyfiyyəti barədə məlumatlar da açıqlanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət