
"Müasir turist bahalı deyil, ucuz və təmiz hotellərə üstünlük verir”
Yusif Nəzərli
11:38 28.01.2022
İqtisadiyyat
641
Sosial şəbəkələrdə evini hostelə çevirən şəkili vətəndaşla bağlı video yayılıb. Əfqan Abidov adlı həmin şəxs 4 ildir ki, evindən bu məqsədlə istifadə edir. O, turizmin əvvəllər gəlirli bir sahə kimi perspektivi olduğunu vurğulayıb. Sonradan işlər yaxşı getməyib. Gileylənir ki, artıq turist yoxdur. Gələnlər də öz vətəndaşlarımız olur. Onlar da nadir halda gəlir. Ə.Abidov bunu ölkədəki pandemiya şəraiti ilə əlaqələndirib.
Həmin videoya gələn rəylər isə, fərqli olub. İnsanlar hostel sahibini günahlandırıblar. Onlar qiymətlərin baha olmağından şikayətləniblər.
Bütün dünyada otellərin baha olmasına görə hostel seçimi avantajlı görünür. Ancaq ölkədə turistlərin marağını daha çox cəlb edən hostellər demək olar ki, yoxdur. Paytaxtda və bölgələrdə əsasən 4-5 ulduzlu hotellər fəaliyyət göstərir ki, burda da qiymətlər çox bahadır. Sahibkarlar bu sistemlə bağlı düzgün standarlar qura bilmir.
Ümumiyyətlə, bu cür turizm sistemi nə dərəcədə doğrudur? Hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən iqtisadçı Natiq Cəfərli Azərbaycanda turizm obyektlərinin sayının az olmasından bəhs edib:
“Nə qədər qəribə səslənsə də, hər dəfə yeni bir hotel açılanda çox olduğu düşünülür. Amma onların da sayı nəzərəçarpacaq qədər deyil. "HomeOtel" konsepsiyası azdır. İki və üç ulduzlu otellərin də sayı azdır. Ona görə də, qiymətlər bahadır. Bu rəqabətlə bağlıdır. Əgər rəqabət güclənərsə, həm hostellərin, həm “HomeOtel”lərin açılması prosesi genişlənərsə, o zaman qiymətlər də düşəcək".
İqtisadçı pandemiya ilə bağlı turizmin ləngidiyini də qeyd edib:
“Quru sərhədlər bağlı olduğu üçün turizmlə bağlı problemlər qalmaqdadır. Onsuz, turistlərin sayı azdır. Ona görə, tələbat yoxdur. Həm də belə bir şərait də yoxdur. Nə vaxtsa, bu virusdan xilas olub, sərhədlər tamamilə açılsa, gələcəkdə ölkədə hostel, “HomeOtel” və yaxud kiçik hotel sisteminə yenidən baxmaq lazım gələcək. Doğrudan da, indi müasir turist artıq baha hotellərdə qalmaq istəmir. Daha sadə, ucuz və təmiz hotellərdə qalmağa üstünlük verir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm