Nazir müavini: "Yeni Nəsil İqtisadiyyat Strategiyası 69 istiqamətdə iqtisadi artımı dəstəkləyəcək"
Yusif Nəzərli
07:23 25.09.2023
İqtisadiyyat
751
Azərbaycanın Yeni Nəsil İqtisadiyyat Strategiyası 2030-cu ilə qədər dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək, 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, Strategiyada müxtəlif sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunması öz əksini tapıb: "Bunu təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. Ümumiyyətlə nazirlik innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının, eləcə də cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. Dediyim təşəbbüs Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanması, Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarının artırılması, iqtisadi artımın təşviq edilməsi, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayenin yaradılmasının stimullaşdırılması məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya