NEFT BAHALAŞIR: "Bir tərəfdən qazana bilərik, amma artan qiymətlər qazancı aparacaq” - Ekspert
12:17 18.01.2022
İqtisadiyyat
680
Dünya bazarlarında neftin qiyməti artmağa davam edir. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 2014-cü ilin oktyabr ayından ilk dəfə olaraq 88 ABŞ dollarını ötüb.
Məlumatına görə, "Brent"in qiyməti Bakı vaxtı ilə saat 11:50-də 1,79% artaraq 1 barelə görə 88,03 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,17% artaraq 85,11 dollar təşkil edib.
Neft sektorunda mövcud durumu analiz edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban “Sherg.az”a neftin qiymətinin bahalaşmasının səbəblərini açıqlayıb:
“ Hazırda neftin qiymətinin 85-90 dollar diapazonunda ticarət edilməsinin iki səbəbi var. Birinci səbəb Səudiyyə ilə Yəmən arasında olan hərbi münaqişədir. Dünən Yəmən tərəfi Birləşmiş Ərəb Əmirliklərinin neft mədənlərinə raket zərbələri endirib. Bu hərbi-siyasi gərginliyi artırır və bazar iştirakçılarını kifayət qədər ehtiyatlandırır.
İkinci səbəb Avropa ilə, o cümlədən Amerika ilə Rusiya arasında yaşanan qarşıdurmadır. Üçüncü səbəb "Omicron" ştammının yayılması ilə bağlıdır. Bütün bunların nəticəsində hazırda 2014-cü ilin oktyabrından sonra ilk dəfə neftin qiyməti ən yüksək həddədir.
Ekspert bu sektordakı qiymət artımının dünya və ölkə iqtisadiyyatına edəcəyi təsirdən də danışıb:
“Bizim iqtisadiyyatımızın 88 fazindən çox hissəsini neft, neft məhsulu və təbii qaz təşkil edir. Artan qiymətlər ölkəyə daha çox valyuta axınını təmin edəcək. İkinci bir tərəfdən də bu qiymətlər dünya bazarında məişət və başqa sahələrin məhsullarında qiymət artımına səbəb olacaq. Azərbayacanın bir ildə 10 milyard dollardan çox idxalı var. İdxal olunan məhsulların da qiyməti artacaq. Bir tərəfdən qazana bilərik, amma artan qiymətlər qazancı aparacaq”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya