Neftin qiyməti 100 dolları keçə bilər
Yusif Nəzərli
10:57 24.10.2023
İqtisadiyyat
593
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,14 ABŞ dolları və ya 2,19% azalaraq 95,54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.
Neftin qiymətinin azalması ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftlə bağlı gündəlik qiymət dəyişiliklərinin analiz edilməsi və bu yöndə proqnozların verilməsi çətin məsələdir:
“Çünki neft bazarı dinamikdir. Bu bazarda daim dəyişiliklərin şahidi oluruq. Neftin qiyməti İsrail və HƏMAS qarşıdurmasının başlarında kəskin sürətdə artdı. Sonradan yerüstü əməliyyatların təxirə salınması neftin qiymətlərində enmələrə səbəb oldu”.
N.Cəfərli ümumiyyətlə neft qiymətlərinin yarım illik və illik dəyərləndirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb:
“Bu il ərzində neft qiymətləri Azərbaycan üçün kifayət qədər komfortlu zonadadır. Azərbaycan neftinin qiyməti 85-95 dollar arasında dəyişir. Bu da Azərbaycan üçün kifayət qədər gəlirli və valyuta daxil olmalarını artıran amildir. Ona görə də neftin qiymətinin hansı yöndə gedəcəyi geosiyasi gərginliklərin artması və azalmasından asılı olacaq. Əgər Yaxın Şərqdə geosiyasi gərginlik azalarsa, neftin qiyməti bir o qədər də azala bilər. Əksi müşahidə olunarsa, yəni gərginlik artarsa, neftin qiyməti 100 dolları belə keçə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət