
Neftin qiymətində dalğalanmalar olacaq - İqtisadçıdan proqnoz
11:14 10.11.2023
İqtisadiyyat
607
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,45 % artaraq 85,4 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,39 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Neftin dünya bazarındakı qiymətlərini "Sherg.az"a şərh edən iqtisadçı Fuad İbrahimov bildirib ki, son zamanlar neft qiymətində müəyyən dalğalanmalar yaşanmaqdadır:
"Həcm indiqatorlarına diqqət yetirdikdə, müəyyən olunmuş 75-88 dəhlizi dayanıqlı görsənir. Doğrudur, bu dəhlizdə müəyyən dəyişikliklər olur. Amma OPEC formatında qiymətin aşağı enmə ehtimalını yaradacaq heç bir səbəb yoxdur. Eyni zamanda Yaxın Şərq istisna olmaqla digər ümumi dünya karbohidrogen ehtiyyatlarına malik olan dövlətlərdəki vəziyyətində bu qiymətlərə təsir etməsinə şərait yadacaq hadisələr müşahidə edilmir".
F.İbrahimov brijada müəyyən iqtisadi proseslərlə yanaşı spekulativ, yəni gözlənilməyən səbəblərin də hər hansı dalğalanma trendini yarada biləcəyini vurğulayıb:
"Bu əslində bütün məhsul qiymətəri üçün ortaq xüsusiyyətdir. Ümumən hazır ki, vəziyyəti dəyərləndirsək, 75-88 dəhlizi stabilliyini qoruyur və müəyyən dövrdən sonra qiymət artımı trendinin formalaşması müşahidə oluna bilər. 2020-ci ildə neft qiymətləri ən aşağı səviyyəyə düşdükdə Azərbaycan iqtisadiyyatı öz elastikliyini sınaqdan keçirdi və üzü ağ çıxdı. Nəticə olaraq bu xırda qiymət dəyişikliklərinin ciddi bir problem olmayacağı söyləmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol
Telefonu yastığın altında şarj etmək təhlükəlidir
07:17 15.09.2026
Texnologiya