
Polietilen torbalardan istifadə 48 faiz azalıb?
Polietilen torbalardan istifadə 48 faiz azalıb?
Yusif Nəzərli
07:38 11.10.2023
İqtisadiyyat
726
Bu, real statistika olsa belə, yenə də ekoloji cəhətdən təmiz olan kağız və parça torbalara keçidi stimullaşdıra bilmədi
Azərbaycanda alış-veriş zamanı polietilen torbalarının ödənişli olmasına dair qərarın tətbiqindən sonrakı 2 ay yarım müddətində həmin torbalardan istifadə 48 faiz azalıb. Bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən gün keçirilən iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Bu il alıcıların məhsullarını qablaşdırması üçün polietilen torbalardan istifadənin nizamlanması və onların ödənişlə təqdim edilməsi barədə çıxan qərarı xatırladan ETSN müşaviri deyib ki, bu qərar iki il öncə qüvvəyə minməli idi. Amma qanun icra olunmurdu: “Biz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə dəfələrlə bütün supermarketlərin rəhbərləri və yaxud onların İctimai Şuralarının üzv və yaxud rəhbərləri ilə görüşlər keçirdik. Apardığımız təbliğat-təşviqat işləri bu qanunun icrasında bizə daha çox yardımçı oldu. Bu, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması üçün atılan bir addım idi".
İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, polietilen torbaların ödənişli olmasının bu torbalardan istifadənin azalmasına elə də ciddi təsirini görmürük:

“ETSN rəsmisi hansı monitorinqə əsasən belə bir rəqəm təyin edib, bilmirəm, faktiki olaraq əhali arasında aparılan sorğular, ekspertlərin müşahidələri göstərir ki, qanun gözlənilən effekt vermədi. Əslində polietilen torbaların ödənişli olmasının başlıca səbəbi odur ki, ətraf mühiti çirkləndirən bu vasitələrdən istifadə minimuma endirilsin, həm də onların satışından əldə olunan vəsaitdən dövlət büdcəsinə vergi köçürülsün. Lap bu torbalardan istifadə edənlərin 48 faiz azalması real statistika olsa belə, bu yenə də ekoloji cəhətdən təmiz olan kağız və parça torbalara keçidi stimullaşdıra bilmədi. Sadəcə insanlar əvvəl mağazaya girəndə aldığı hər məhsulu ayrı polietilen torbaya qoyurdusa, ödənişli olandan sonra birini alır. Axı bu zərərli torbalardan istifadə edən əhalinin sayının azalması deyil, dediyim kimi, pullu olduğu üçün insanlar 3 yox, 1 torba ilə kifayətlənir. Üstəlik, mağazalarda müştərilərə kağız paketlər təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir. Sovet dövründə əhalinin həsirdən, yaxud da daimi istifadə üçün parçadan zənbilləri olurdu, bazarlığa da onunla gedirdilər. Məqsəd bu ənənəni yenidən aktuallaşdırmaq idi, lakin nail ola bilmədilər. Polietilen torbalardan hazırda da geniş istifadə olunur və ekologiyanı çirkləndirməyə əvvəlki kimi davam edirlər”.
İqtisadçı bildirib ki, polietilen torbaların keyfiyyətində də problemlər var:
“Polietilen torbaların keyfiyyətinə nəzarət də düzgün aparılmır və istehsalçı burada polietilen torbaları incəldərək, keyfiyyətini azaldaraq əlavə qazanc əldə edir. Nəticədə, bu da insanları əlavə polietilen torba almağa sövq edir. Polietilen torbalar yırtıldığı zaman onu yenisi ilə əvəz etsinlər. İri marketlərdən kənar satılan polietilen torbalar da əvvəlki kimi keyfiyyətli deyil”.
Ekspert həmçinin polietilen torbaların reklam vasitəsi olduğunu nəzərə çatdırdı:
“Polietilen torbaların üzərində marketlərin loqoları yerləşdirilib. Yəni polietilen torbalardan istifadə edən hər bir alıcı marketi reklam edir. Şirkətlərin gəlirinin 40 faizinə yaxını marketinq siyasətinə xərclədiyini nəzərə alsaq, burada demək olar ki, heç bir xərc çəkmədən özünü reklam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət