"Sağlıq"larına qismət! Bəs bu pulları hardan alırlar?! Yəni bu qədər zəhmətkeşdirlər ki, səhərdən axşamadək, nəfəs dərmədən işləsinlər?! İnandırıcı deyil. Deməli, necə deyərlər, bu işdə bir mübhəm məqam var.
Pullar “göyə sovrulur”: Kimi bahalı saat alır, kimi falçıya verir, kimi də... – Axı niyə? !
Banuçiçək Kalbalıyeva
16:48 17.09.2020
İqtisadiyyat
1674
“Kapital məmurların əlində toplandı və qohum-əqrəbaları, yaxınları da bundan istifadə etdilər”
“Heç olmasa, mülklərinin vergilərini ödəyib, haram mallarını halallaşdırsınlar”
“Həmin məmurlar bir-bir məsuliyyətə cəlb ediləcəklər”
Mütəfəkkirlərdən birinin çox sevdiyim sözü var: “Dünyada iki cür oğru var. Polis birinciləri müdafiə edir, ikinciləri isə qoruyur”. Birincilər, bir tikə çörək üçün buna məcbur olanlar, ikincilər pula “pul” dəyməyən vəzifəli şəxslər, məmurlardır. Onlar, doğrudan da, pula “pul” demirlər. Əks halda milyonlarla qiyməti olan saat taxmaz, qalstuk almaz, ətirdən istifadə etməz, falçıya verməzlər. Təsadüfi deyil ki, onlar pul gəzdirmirlər. Onsuz da bir aksesuarlarının külli miqdarda qiymətləri var.
"Sağlıq"larına qismət! Bəs bu pulları hardan alırlar?! Yəni bu qədər zəhmətkeşdirlər ki, səhərdən axşamadək, nəfəs dərmədən işləsinlər?! İnandırıcı deyil. Deməli, necə deyərlər, bu işdə bir mübhəm məqam var.
Pulu, az qala, göyə sovuran məmurlar barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli onların gec-tez məsuliyyətə cəlb olunacağını düşünür:
“Etiraf edək ki, müstəqil dövlət quruculuğu sistem dəyişikliyindən başlayır. Belə sistem dəyişikliyi vaxtı ilə bizdə də oldu-sosializmdən kapitalizmə keçdik. Beləliklə, haram yolla kapitallar yığıldı və bu işin başında vəzifə sahibləri durdu.
Ümumiyyətlə, dünyanın heç bir ölkəsində ilkin kapital halal olmayıb. Rok Feller deyirmiş ki, birinci bir milyonumun hardan gəldiyini soruşmayın, amma qalanlarının hesabatını verərəm.
Dediyim kimi, bizdə də həmin kapital məmurların əlində toplandı və qohum-əqrəbaları, yaxınları da bundan istifadə etdilər. Beləliklə, dövlət büdcəsi talan olundu. Heç kim heç nə demir. Amma heç olmasa, mülklərinin vergilərini ödəyib, haram mallarını halallaşdırsınlar.
Onların böyük əksəriyyəti bunu etmir. Fikrimcə, korrupsiya ilə mübarizə istiqamətində islahatlar güclənməlidir. Belə olsa, həmin məmurlar bir-bir məsuliyyətə cəlb ediləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabının təqdimatı olub -FOTO
20:46 03.03.2026
Ədəbiyyat
“Akopyan qərarsızların səsini toplaya bilər” - Fuad Abbasov
20:39 03.03.2026
Gündəm
Aİ və Körfəz ölkələri regiondakı gərginliyi müzakirə edəcək
20:14 03.03.2026
Dünya
“Xamenei getsə də sistem çökməyəcək” - Tural Abbaslı
19:55 03.03.2026
Müsahibə
Qətər İrana zərbələr endirib
19:44 03.03.2026
Dünya
Pərviz Şahbazov və Aİ-nin komissarı birgə bəyanatla çıxış ediblər
19:35 03.03.2026
Siyasət
Bakı metrosunda sərnişindaşıma 5%-ə yaxın artıb
19:00 03.03.2026
Dünya
Soçidə ard-arda zəlzələ olub
18:38 03.03.2026
Hadisə
İranda Ekspertlər Məclisinin binası hədəfə alınıb
18:15 03.03.2026
Gündəm
“Regionu qarşıda od-alovlu günlər gözləyir” - Siyasi şərhçi
18:05 03.03.2026
Siyasət
Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
17:59 03.03.2026
Cəmiyyət
Oman Sultanı Qazaxıstana səfər edəcək
17:55 03.03.2026
Dünya
Nazir: CQD böyük gəlirlər gətirən strateji layihədir
17:53 03.03.2026
Aktual
Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq - EKSPERT
17:52 03.03.2026
Texnologiya
Rusiya ordusu Donetskdə irəliləyir
17:45 03.03.2026
Dünya