Qadınlar var, şərait də var
05:50 28.07.2021
İqtisadiyyat
823
Azərbaycanda biznes ledilərin sayı hər il artır
Qadınlar artıq kişilərlə bərabər karyera qurmaq üçün eyni hüquqa malikdirlər
Sahibkar “yenilik” və “yaradıcılıq” anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir.
Son 20 ildə isə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir.
Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir.
Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsində mühüm rol oynayır. Qeyd edək ki, 2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan 9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlama verib. O vurğulayıb ki, Azərbaycanda qadın sahibkarlığı ilə bağlı müxtəlif səpkili layihələr həyata keçirilir:
"Əsasən də buna maraqlı olan tərəf Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsidir. Təsadüfi deyil ki, pandemiyadan bir neçə il əvvəl daim maarifləndirici tədbirlər keçirirdilər. Bununla bağlı müxtəlif təşkilatları bu tədbirlərə cəlb edirdilər. Regionlarda İsveçrənin maliyyə dəstəyilə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı qadın sahibkarlığının inkişafı ilə bağlı qadın resurs mərkəzləri açılıb. 2011-ci ildə Qadın Resurs Mərkəzlərinin yaradılmasına start veriləndən bəri, minlərlə qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına maddi təchizatla qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib".
R.Qarayev əlavə edib ki, kəndlərdə də bununla bağlı bir sıra tədbirlər keçirilib:
"Hazırda qadın sahibkarlığının inkişafı üçün istənilən şəxs qadın resurs mərkəzinə müraciət edərək istədiyi işin görülməsi üçün əsas avadanlıqlarla, parniklərin yaradılması üçün tikinti materialları ilə təchiz edilirlər. Sovet vaxtı kənd yerlərində əsas məşğuliyyət kənd təsərrüfatı idi. İttifaq dağılandan sonra, durğunluq yaranmışdı. İndi isə kənd qadını artıq bizneslə məşğul olaraq, kişilərlə bərabər ailənin və özünün maddi durumunu yüksəltmək üçün bu işdən yararlanmaq hüququ qazanıblar. Hazırda İqtisadiyyat Nazirliyinin yanında olan KOBİA da bu məsələyə təkan vermək üçün işlər görür. Vəsaitin verilməsi ilə bağlı müəyyən çətinliklər yaranır. Amma bu xırda məsələ sonradan öz həllini tapdı. Dövlət qurumunun qeydinə əsasən, 2012-ci ildə qadın sahibkarları 17.4 faiz təşkil edirdisə, artıq 2019-cu ildə 30 faizə qədər artmışdı (71.000-dən 183.000 qədər artmışdı). Beləliklə, qadın sahibkarlığı ölkədə artan istiqamət üzrə inkişaf edir. Müstəqil olaraq biznes ledilərin məlumatlarına görə onların əsas çətinlikləri xaricdən gətirilən mallardadır. Belə ki, onların iddialarına görə, gömrük prosesində olan çətinliklər sonda onların ölkəyə gətirmək istədiyi mallardan imtina etməsinə gətirib çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ olub
19:17 02.03.2026
Hadisə
Ərdoğan və Merz İrana hücumları müzakirə ediblər
19:10 02.03.2026
Dünya
Tramp İranla bağlı bəyanatla çıxış edəcək
19:04 02.03.2026
Dünya
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm