Qadınlar niyə kişilərdən daha az əmək haqqı alır? Kütləvi surətdə bütün işləyən qadınlara şamil olunmasa da, çünki yüksək vəzifələrdə çalıçan qadınlar, sahibkar qadınlar da var, lakin fərq əsasən özünü göstərir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında fərqi yaradan səbəbi açıqladı:
- Bu gün BMT tərəfindən elan olunmuş Beynəlxalq Bərabər Əməkhaqqı Günüdür və bu məsələ hazırda kifayət qədər aktualdır. Dünya üzrə ümumi statistikaya nəzər saldıqda qadınların əməkhaqqının kişilərlə müqayisədə təxminən 20 faiz aşağı olduğu görünür. Bəzi ölkələrdə isə bu fərq daha böyükdür. Azərbaycanda sovet dövründə bu göstərici 30 faizə qədər olub və hazırda da əməkhaqqı fərqinin təxminən bu səviyyədə qaldığı bildirilir. Bunun əsas səbəblərindən biri qadınların daha çox yüngül sənaye, təhsil, elm, mədəniyyət və səhiyyə kimi sahələrdə çalışmasıdır. Ağır və çətin işlərdə isə əsasən kişilər çalışır və həmin sahələrdə əməkhaqqı daha yüksək olur. Nəticədə qadınlarla kişilər arasında əməkhaqqı fərqi yaranır.