Qarabağa səfərlərin təşkili çox vacibdir
Yusif Nəzərli
04:10 26.01.2022
İqtisadiyyat
642
Bu, imkan verəcək ki, işğaldan azad edilmiş ərazilərimiz daha qısa zamanda inteqrasiya olunsun
Yanvarın 24-də Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib və ilk sərnişin avtobusu Şuşaya gedib. Avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir. İlk marşrut səfərində 47 nəfər Şuşaya gedib və onların içində sadəcə 4 nəfər şuşalı olub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, fevralın 15-nə qədər 400-ə yaxın bilet satılıb. Şuşa və Ağdam marşrut ziyarətçilərini ANAMA-nın və DYP -nin əməkdaşları müşayiət edir. Səfər iştirakçıları Şuşada Cıdır Düzü, Molla Pənah Vaqifin muzey-məqbərə komleksi, Bülbülün Ev-Muzeyi, Aşağı Gövhərağa məscidi, Xurşidbanu Natəvan, Xan Qızı Bulağı və Şuşa Qalasına gedə bilərlər. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb.
Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Şuşa və Ağdama həyata keçirilən səfərlərin önəmindən danışan millət vəkili Vüqar Bayramov “Şərq”ə deyib ki, işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili çox vacibdir. Deputatın sözlərinə görə, bununla bağlı onlara da müraciətlər olurdu:
“Məcburi köçkünlərlə yanaşı, digər vətəndaşlarımız da Qarabağa səfər etmək istəyir, Şuşanı və başqa yerləri görməyə can atırdılar. O baxımdan bu, çox ciddi bir imkandır. Mərhələli şəkildə insanların işğaldan azad edilmiş torpaqlara səfərləri faydalıdır. Həm də həmin ərazilərin inteqrasiyası baxımından zəruridir.
Bu, imkan verəcək ki, işğaldan azad edilmiş ərazilərimiz daha qısa zamanda inteqrasiya olunsun. İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işləri aparılır.
Bununla belə ərazilərin təhlükəsizliyi tam təmin olunmayıb. Bəzi yerlərdə minaların qalması təhlükəsizlik cəhətdən risklidir. Xüsusi proqram əsasında həyata keçirilən marşrutlar minalardan təmizlənmiş və təhlükəsizliyi tam təmin olunmuş bölgələrə reallaşdırılır. Şuşa minalardan tamamilə təmizlənib.
Ancaq məskunlaşma prosesinə başladıqdan sonra vətəndaşlarımız tərəfindən daha sərbəst səfərlər həyata keçiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət