Rəşt-Astara dəmiryolu proyekti İran və Azərbaycan üçün əhəmiyyətlidir - Nazir
14:02 21.11.2021
İqtisadiyyat
404
İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolu proyekti İran və Azərbaycan üçün çox əhəmiyyətlidir.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
R.Qaseminin sözlərinə görə, bu dəmiryolu önəmli beynəlxalq dəhlizlərdən birində (Şimal-Cənub Dəhlizi) yerləşir: "Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində bununla bağlı nəticənin əldə olunması üçün müzakirələr aparılacaq".
İranlı nazir qeyd edib ki, İran Astarasında dəmiryolu terminalının inşa olunması üçün investisiya yatırılıb. Bu terminalın bir hissəsi inşa olunub və qalan hissəsinin inşa olunması üzrə yekun qərar Astarada keçiriləcək iclasda veriləcək. Bu iclasdan sonra Bakıda iki ölkənin birgə komissiyasının iclası təşkil olunacaq:
"Naxçıvan-Məşhəd sərnişin qatarı, nəqliyyat, tranzit əməkdaşlıqları üzrə iki ölkə arasında müzakirələr aparılacaq. İki ölkə arasında hərəkət edən yük maşınlarının sayı artırılacaq. Fars körfəzindən Qara Dənizədək dəhlizin yaradılması barədə anlaşma təyinedici və önəmlidir. Bu və dəniz əməkdaşlığı barədə müzakirələr aparılacaq. Avtomobil nəqliyyatı sektorunda iki ölkə arasında mövcud bəzi maneələrin aradan qaldırılması istiqamətində razılaşma əldə olunacağına ümid edirəm".
İranlı nazir qeyd edib ki, İran Azərbaycana "CKD" formasında avtomobil ixrac edir. Ötən ildə ixrac olunan 400 avtomobil, cari ildə 1,4 mindən çox avtomobilə yüksəlib. "Irankhodro" Avtomobilqayırma Şirkəti bu həcmdə avtomobilin 30%-ni Azərbaycanda istehsal etməyə hazırdır.
Onun sözlərinə görə, Azərbaycanda İranın avtomobilqayırma sahəsinin inkişaf etdirilməsi, birgə avtomobillərin istehsal olunaraq qonşu ölkələrə ixrac olunması barədə müzakirələr aparılacaq. "Irankhodro" Avtomobilqayırma Şirkəti Azərbaycanda müxtəlif yük maşını və avtobuslar istehsal etmək niyyətindədir. Müxtəlif İran şirkətləri Azərbaycanda yol və şəhərsalma sahəsində bir sıra birgə proyektləri icra edə bilərlər:
"İran Azərbaycanla ticarət dövriyyəsinin maksimuma yüksəlməsini istəyir. Bir sıra razılaşmalar əldə etmək istəyirik ki, növbəti komissiyanın iclasında imzalansın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya