Sahibkarların güzəştli kreditlərə çıxış imkanları genişlənir
Yusif Nəzərli
10:25 14.10.2021
İqtisadiyyat
325
“Biznesin İnkişafı Fondu”nun yaradılması irəliyə atılan daha bir addımdır
Prezident “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun yaradılması barədə fərman imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sahibkarlığın İnkişafı Fondu” və “Azərbaycan İnvestisiya Şirkəti” birləşmə formasında yenidən təşkili yolu ilə “Biznesin İnkişafı Fondu” yaradılacaq. Fondun əsas məqsədi iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin etmək və sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, aparılan təhlillər və eləcə də rəsmi statistika göstərir ki, hazırda sahibkarlar və xüsusilə də regionda fəaliyyət göstərən iş adamları üçün kredit əldə etmək çətinliklərdən biridir. Deputatın sözlərinə görə, Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır:
“Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub. Bu o deməkdir ki, bankların təqdim etdiyi hər 100 manat kreditin 78 manatı Bakı şəhərinin, qalan 22 manatı isə digər qalan bütün ərazilərimizin payına düşüb. Abşeron iqtisadi rayonunun sakinləri isə 574 milyon manat kredit əldə edə biliblər. Abşeronun kredit portfelindəki payını nəzərə aldıqda regionların kreditləşmədə payı daha da aşağı olur. Bu baxımdan, güzəşt mexanizminin təkmilləşdirilməsi daxil olmaqla maliyyələşmədə yeni alətlərin tətbiqi vacibdir. Fondun Müşahidə Şurasının tərkibinin 5 dövlət qurumunun nümayəndələri ilə formalaşdığını nəzərə alsaq sahibkarların kreditlərə və xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün yeni addımların atılması imkanları genişdir. Bütövlükdə, “Biznesin İnkişafı Fondu”nun yaradılması biznesin dəstəklənməsi baxımından irəliyə atılan daha bir addım hesab olunur.
Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin və xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımından vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcəyi gözlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial