Səfir: “Almaniya şirkətləri Azərbaycan bazarını araşdırırlar”
Yusif Nəzərli
09:28 25.10.2022
İqtisadiyyat
442
"Almaniya şirkətləri Azərbaycan bazarını araşdırırlar və bu bazara maraqları var".
Bunu “Report”a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman deyib.
Səfir Almaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyəti ilə bağlı məsələdən danışarkən qeyd edib ki, Füzulidə hava limanının tikintisinə Almaniya şirkəti cəlb edilmişdi: "Düşünürəm ki, gələcək illərdə konkret layihələrin həyata keçirilməsi üçün daha çox şirkətlər Azərbaycana gələ bilər”.
Onun sözlərinə görə, oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində 8 Almaniya şirkəti məhsullarını təqdim edib: “Həmin şirkətlər Azərbaycanda yeni tərəfdaşlar tapmağa, sövdələşmələr həyata keçirməyə ümid edirlər. Bir çox şirkətlər iki il davam edən pandemiyadan sonra ilk dəfədir ki, İnşaat Sərgisində iştirak edirlər”.
Səfir Azərbaycanda faəliyyət göstərən Almaniya şirkətlərinin pandemiyadan sonra vəziyyətinə münasibət bildirib: “200-dən çox Almaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlardan bəziləri burda satışla, əsasəni pərakənda satışla məşğuldular. Pandemiya ilə əlaqədar bazar zəif idi, hazırda şirkətlər pandemiyadan sonra bərpa prosesindədir. Pandemiya zamanı təchizat zəncirinin pozulması və resurs çatışmazlığı səbəbindən istehsal imkanlarının aşağı həddinə çatdıqları üçün satış həyata keçirmək çətinləşib”.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 730 milyon 137 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % artıb.
Azərbaycandan Almaniyaya ixrac 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 % artaraq 275 milyon 224 min ABŞ dolları təşkil edib. Almaniyadan idxal isə 6,2 % azalaraq 454 milyon 912 min ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə