Şəkər tozu həm bahalaşıb, həm tapılmır... - SƏBƏB
13:40 14.08.2023
İqtisadiyyat
1299
"Marketlərdə şəkər tozunun tapılmaması ilə bağlı iddialara birmənalı yanaşmaq doğru olmaz. Çünki mağazalarda bununla bağlı ciddi problemin mövcudluğunu dilə gətirə bilmərik".
Bunu "Sherg.az"a iqtisadçı Eldəniz Əmirov şəkər tozunun kəskin bahalaşması və satışda tapılmamasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda şəkər tozunu bir çox marketdən əldə etmək mümkündür:
"Bəzi rayonlardakı mağazalarda şəkər tozunun asanlıqla əldə edilməsində müəyyən çətinliklərin yarandığını demək olar. Bu da mövsümlə əlaqəli olaraq, indi daha çox insanın kompot hazırlaması və mürəbbə bişirməsinin aktiv olduğu dövr səbəbindəndir. Ona görə də tələb kəskin şəkildə artıb.
Nəticədə də bəzi marketlərdə xüsusilə də, bölgələrdəki mağazalarda şəkər tozu tapılmır. Amma indiki şəraitdə ciddi problemin olduğunu deyə bilmərik. Qiymət bahalaşmasının əsas başvermə səbəbi isə həm inflyasiya, həm də tələbin kəskin şəkildə artmasıdır. Eyni zamanda ölkənin öz tələbatını ödəyə bilməməsi də nəticədə hazırkı duruma gətirib, çıxarır. Marketlərdə şəkər tozunun tapılmaması problemi mürəbbə və kompot mövsümünün bitməsindən sonra aradan qalxacaq".
Qeyd edək ki, daxili bazarda satılan məhsulların qiyməti gündən-günə artır. Marketlərdə şəkər tozunun tapılmaması və qiymətin kəskin bahalaşması ilə bağlı iddialar mövcuddur. Bir çoxları bunu yay mövsümü ilə əlaqələndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya