
Sementin bahalaşması təbii prosesdir
Sementin bahalaşması təbii prosesdir
Yusif Nəzərli
08:23 04.10.2023
İqtisadiyyat
868
Qarabağda gedən tikinti quruculuq işləri səbəblərdən biridir
Sementin qiyməti bahalaşıb. Yenicag.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Sementlə paralel olaraq digər tikinti materiallarının da qiymətində artımlar olduğunu vurğulayan sahibkarlar qeyd edib ki, bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir.
İqtisadçı ekspertlərə görə, sementin qiymətinin bahalaşması bilavasitə xammalın bahalaşması ilə əlaqədardır. Digər tərəfdən, ölkədə quruculuq işlərinin böyük sürətlə vüsət alması sementə olan tələbatın artmasına gətirib çıxarıb. Tələbatın artması isə qiymət artımına səbəb olan ən əsas faktorlardan biridir.
Ekspertlər isə hesab edir ki, daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var. Yeni tikililərin sayında, eyni zamanda tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir.
İqtisadçı ekspert Rauf Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, sementin bahalaşmasını bir neçə arqumentlə səciyyələndirmək olar:

“Qarabağda gedən tikinti quruculuq işləri üçün daha çox sement lazımdır və bu baxımdan bazarda bununla bağlı çatışmazlıq ola bilər. Baxmayaraq ki, həmin ərazilərə sement digər ölkələrdən də gətirilə bilər. İkinci hal ola bilər ki, şirkət özü qiyməti artırır. Bu baxımdan əgər qiyməti istehsalçı artırırsa, demək, bazarda da qiymət artacaq. Üçüncü hal isə bazarda sementə daha çox tələbat ola bilər və bu baxımdan qiymət artımı müvəqqəti olaraq arta bilər. Digər səbəb isə odur ki, anbarlarda sement ola bilər, amma süni qiymət artımı baş versin deyə, malı az-az bazara buraxa bilərlər. Eyni zamanda bu sadəcə bir təşviş də ola bilər. İnsanlar bir- iki yerdə qiymətin artımını görüb, bazardan kənarda qiymət artımı baş verib deyərək, hətta istehsalçını qiymət artımına vadar edə bilərlər. Bu artıq süni qiymət artımıdır. Yəni satış nöqtələri tərəfindən bilərəkdən təşviş yaradılır ki, qiymət artımına zəmin yaransın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya