Təkliflər hazırlanır
Yusif Nəzərli
00:32 19.10.2021
İqtisadiyyat
465
1 milyon 800 min nəfərədək vətəndaşın sosial rifahı yaxşılaşdırılacaq
Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək.
Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək. Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Milli Məclisin deputatı Cavid Osmanov "Şərq"ə açıqlamasında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam cəmiyyətimizdə böyük rəğbətlə qarşılanıb. Deputat qeyd edib ki, bu Sərəncamla cənab Prezident bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir:
"Son illər ərzində dünya iqtisadiyyatında yaşanan mənfi tendensiyalar, xüsusilə də COVİD-19 pandemiyası hər bir ölkənin milli iqtisadiyyatına kifayət qədər mənfi təsir göstərib. Ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı digər ölkələrlə müqayisədə bu mənfi təsirlərdən daha az zərərlə ötüşə bilib. Lakin istər-istəməz baş verənlərin təsiri qaçılmazdır. Cənab Prezidentin imzaladığı Sərəncam da məhz beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artıq Nazirlər Kabineti tərəfindən əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanmasına başlanılıb ki, bu təkliflər ən qısa zamanda dövlət başçısına təqdim ediləcəkdir".
C.Osmanov əlavə edib ki, Azərbaycan dövləti sosial dövlətdir və ölkə başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı amili dayanır:
"Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Məlum Sərəncama əsasən 1 milyon 800 min nəfərədək vətəndaşımızın sosial rifah halının daha da yaxşılaşması təmin ediləcəkdir. Ümumiyyətlə, bu günə qədər də ölkədə həyata keçirilən sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib ki, bununla da insanların sosial rifah halının yaxşılaşdırılması davamlı xarakter daşıyıb. Bu sahədə islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə