Türk lirəsinin dəyər itirməsində siyasi amillər varmı?
Yusif Nəzərli
06:14 27.10.2021
İqtisadiyyat
331
Fuad İbrahimov: "Dünya valyutasının məzənnəsini formalaşdıran amillər qrupunda siyasi baxış yoxdur"
Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra türk lirəsinin ucuzlaşması sürətlənib. Dollar və avro isə kritik hədləri keçərək kəskin yüksəlib. Bəs, məzənnənin qalxması türk vətəndaşlarına necə təsir edəcək? Ekspertlər mənzərənin bədbin olduğunu deyir. “Türkiyə qışı ağır keçəcək” deyən ekspertlərə görə, yeni inflyasiyanın olması qaçılmazdır.
Ekspertlər vurğulayıb ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz dərəcələrini iki bənd aşağı salması türk lirəsinin məzənnəyə nisbətdə dəyər itirməsini sürətləndirib. Bu gün məzənnə 9,62-dirsə, bu, TL-nin Mərkəzi Bankın real məzənnə indeksindən 55 faiz aşağı olması deməkdir. Bu isə respublika tarixində ən aşağı qiymətdir. Bəs, bu artımın Türkiyə iqtisadiyyatına təsiri necə olacaq? Türkiyənin bir çox maddələrdə idxaldan asılı olduğunu söyləyən ekspertlərə görə, qiymətlərin yenidən qalxması gözlənilir. Xüsusən də Türkiyədə yanacağın və qazın qiymətinin artacağı qaçılmazdır. Mütəxəssislər ərzaq qiymətlərində ciddi artım gözləyirlər. Türkiyədə istehsal 40 faiz ixracdan, 80 faiz isə idxaldan asılıdır. Sirr deyil ki, məzənnə yüksəldikcə xaricdən gətirilən xammalların qiymətləri də artır. Bu həm istehsal xərclərini artırır, həm də inflyasiyanı. Ekspertlər qeyd edir ki, artan məzənnə səbəbindən Türkiyə xarici borclara görə problem yaşaya bilər. Xüsusən də özəl sektorun xarici valyuta ilə borclarını ödəməkdə kəskin problemlər ortaya çıxa bilər. Qeyd olunur ki, Türkiyənin hazırda 200 milyard dollar xarici borcu var, lakin bunu ödəməsi çox çətindir. “Heç bir tədbir görülməsə, yoxsulluq artacaq” deyən iqtisadçılar struktur islahatlarının təcili aparılmasının vacibliyini vurğulayırlar. Mütəxəssislər qeyd ediblər ki, əgər tədbir görülməsə, xalq daha çətin vəziyyətə düşəcək. İdxal payı 40 faizdən 10 faizə endirilməsi tövsiyə olunur. Ekspertlər tövsiyə edir ki, Türkiyədə istehsal üçün investisiya infrastrukturu yaxşılaşdırılmalı, Mərkəzi Bankın müstəqilliyi təmin edilməli və hüquqi infrastruktur yaradılmalıdır. Bəs, türk lirəsinin ucuzlaşmasında siyasi faktorlar varmı?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq"ə açıqlamasında vurğulayıb ki, iqtisadiyyatda siyasi göstəricilərin dolayı yolla müəyyən təsirləri olur. Ekspert qeyd edib ki, ancaq məzənnənin istənilən dünya valyutasının məzənnəsini formalaşdıran amillər qrupunda siyasi baxış yoxdur:
"Siyasi davranışla, siyasi təsdiq olunan hər hansı sanksiya ilə dolayı yolla təsir edə bilər. Amma birmənalı şəkildə demək ki, siyasi məqam var, bu, iqtisadi nəzəriyyənin tələblərinə cavab vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual