“Bu gün Türkiyədə bir çox sahələr üzrə həm mütəxəssislərə, həm də işçi qüvvəsinə ehtiyac var. Əcnəbilər də ona görə gəlir”
Türkiyədə əmlak alanlar daha çox ruslar və iranlılardır
Yusif Nəzərli
14:54 17.09.2023
İqtisadiyyat
862
Azərbaycan siyahıda 9-cu pillədədir
“Bu gün Türkiyədə bir çox sahələr üzrə həm mütəxəssislərə, həm də işçi qüvvəsinə ehtiyac var. Əcnəbilər də ona görə gəlir”
“Bu gün Türkiyədə bir çox sahələr üzrə həm mütəxəssislərə, həm də işçi qüvvəsinə ehtiyac var. Əcnəbilər də ona görə gəlir”
Ötən ay qardaş Türkiyədə ən çox daşınmaz əmlak alan 20 xarici ölkə vətəndaşları siyahısında Azərbaycan türkləri ilk onluqdadır. “APA-Economics” “Habertürk”ə istinadən xəbər verir ki, avqust ayında azərbaycanlılar qardaş ölkədə 75 mənzil alıblar. Bu, Azərbaycanın məlum siyahıda 9-cu pillədə yerləşməsinə səbəb olub. Ən çox daşınmaz əmlak alan isə ruslardır. Ötən ay Türkiyədə 733 mənzil alan Rusiya vətəndaşları siyahıda birinci, 342 mənzil alan İran vətəndaşları ikinci, 220 mənzil alan İraq vətəndaşları isə siyahının üçüncü pilləsindədir. Sonrakı pillələrdə yerlərdə Qazaxıstan, Ukrayna, Küveyt, Almaniya, Səudiyyə Ərəbistanı, ABŞ-dir.
Türkiyədə daşınmaz əmlak alanlar arasında digər ölkələrin vətəndaşları da var – Özbəkistan, Əfqanıstan, Pakistan, Fələstin, Misir, İordaniya, Livan kimi müsəlman ölkələri ilə yanaşı, Çin, İsveçdən də gəlib Türkiyədə yerləşirlər. Təbii ki, rusların ilk pillədə yer alması maraq doğurur. Rus turistlərin Türkiyəyə marağı zatən bəllidir, amma daşınmaz əmlak məsələsində də ilk sırada olmasının, şübhəsiz ki, özəl səbəbləri olmamış deyil. Xarici ölkə vətəndaşlarına Türkiyəni cəlbedici edən nədir?
“Sherg.az”a açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, əcnəbilərin Türkiyədə daşınmaz əmlaka sahib olmaq istəyinin arxasında duran səbəblər ölkələrə görə dəyişə bilər:
- Əvvəla onu deyim ki, Türkiyə iqtisadiyyatı son illərdə çox şaxələnib, genişlənib, iqtisadiyyatda nəzərəçarpan artım var. İstər yüksək texnologiyalar, havaçılıq, aeorokosmonavtika, istər sənaye, kənd təsərrüfatı, maşınqayırma, energetika, o cümlədən turizm sektoru – yəni sənaye və iqtisadiyyatın bütün sahələri hazırda yüksək inkişaf mərhələsindədir. Təkcə hər il təşkil olunan “Tecnofestival”ı xatırlatmaq yetərlidir. Harda ki iqtisadiyyat inkişaf edir, orada işçi qüvvəsinə də ehtiyac yaranır. Ora qazanc mənbəyinə çevrilir. Türkiyədə daşınmaz əmlak alan əcnəbi vətəndaşların hansı ölkələrdən gəldiyinə diqqət edəndə, səbəblər də bilinir. Məsələn, rusların böyük hissəsi əlbəttə ki, ağır işlərdə, inşaatda çalışmağa gəlmir. Türkiyədə yerləşən – oturum alan rusların əksəriyyəti böyük ehtimalla elm adamları, mühəndislər, texnologiya mütəxəssisləridir. Bilirik ki, rusların aeorokosmonavtika sahəsində təcrübələri də böyükdür. Əlbəttə, varlı ruslar da Türkiyədə daşınmaz əmlaka sahib olmağa can atır, məlum səbəblərdən. Daşınmaz əmlakın nə ziyanı? Özü qalmasa da, kirayə verəcək, yenə pul qazanacaq. Yay aylarında evlərə tələbat artır, xüsusilə turistik bölgələrdə. Kirayə verəcəklər, özləri istirahətə gedib qalacaqlar o evlərdə. Türkiyəyə son illərdə böyük axın olduğunu görürük. Turistlər də çox gəlir, hətta pandemiya dövründə də müəyyən qədər gələnlər oldu, pandemiyadan sonra yenə turist axını əvvəlki vəziyyətinə qayıdır. İranlılar, iraqlıların başqa səbəbləri ola bilər. Bu da həmin ölkələrdəki siyasi vəziyyətlə əlaqəlidir. İraqda illərdir silahlı münaqişələr bitmir. Əhali onsuz da dərbədər düşüb. Türkiyəyə Suriyadan, İraqdan nə qədər qaçqın gəlib. Mümkündür ki, iraqlılar arasında da daşınmaz əmlak almaq gücündə olanlar var. Ev alırlar, rahat ölkədə, təhlükəsiz yaşamağı seçirlər. İranlılar da həmçinin. İranda hansı proseslərin getdiyi sirr deyil. İranlılar da sərbəst, azad yaşamaq üçün başqa ölkələrə miqrasiya edirlər, o cümlədən də yaxın, qonşu ölkə Türkiyəyə. Ukraynanın durumu da bəllidir. Ukraynalıların da ruslar kimi son 10-20 ildə Türkiyəyə maraqları artıb. Türklərlə ailə quranlar var, işləməyə, yaşamağa gələnlər var. Kimin maddi imkanı çatırsa daşınmaz əmlak da alır. Türkiyənin ərəb ölkələri ilə əlaqələrinin son illərdə sıxlaşması, genişlənməsi müşahidə olunur. Türkiyə yeni yataqlar kəşf etmək əzmindədir. Aralıq dənizinin şərqində qaz yataqlarının işlənməsində maraqlıdır. Bu da Küveyt, Səudiyyə Ərəbistanı, digər ərəb ölkələri vətəndaşlarının Türkiyəyə gəlib işləməsinə yol açır. Bu gün Türkiyədə bir çox sahələr üzrə həm mütəxəssislərə, həm də işçi qüvvəsinə ehtiyac var. Əcnəbilər də ona görə gəlir. Kimisi işləmək üçün, kimisi daimi yaşayış üçün gəlir və daşınmaz əmlak da alırlar, kimisi də sadəcə, daşınmaz əmlaka sahib olmaq üçün alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya